Əlisa Nicatın halına yananlar onun neçə kitabını oxuyublar?..

23:29 22.01.2023 572








Yalçın İSLAMZADƏ
(ADA un., fizika müəllimi)











"Əlisa Nicat" mövzusunda düşündüklərimi səmimi, açıq yazmaq istəyirəm. Küyə getmələr, riyakarlıqlar insanı bezdirir. Səmimi olmağa nə mane olur? Bizim kimi mədəniyyətlərdə həqiqət, düz söz həmişə "ayıbdır"-a qurban verilib. Mümkündür ki, mənim yazdıqlarımda da qərəz, emosiaların təsiri olsun, istisna etmirəm.

"100-dən artıq kitabın müəllifi olan Əlisa Nicatın maddi vəziyyəti acınacaqlıdır"- səs-küy bu informasiya ətrafında yaranıb.

1. Əlisa Nicat 100-dən artıq kitabın müəllifi olduğu üçün kommunal xərclərini ödəyə bilməli deyil, pensiya yaşında olan biri kimi, yüzminlərlə pensioner kimi pensiya təminatı kommunal xərclərini ödəməyə imkan verməlidir. Burada kitab müəllifi olub-olmamaq imtiyaz səbəbi sayılmamalıdır.

2. Əlisa Nicatın halına yananlar, onun neçə kitabını oxuyublar?.. Siz necə, hamı elə. Mən şəxsən elə irticai fikirləri olan bir müəllifin kitablarını niyə oxuyum?

3. Azərbaycan yazıçılarının əksəriyyəti niyə bu qədər özündən razıdır? Ciddi formal təhsil almayan, ən az iki xarici dili dərindən bilməyən, qəribə həyat hekayələri olmayan, arxivlərdə eşələnməyən biri "Şumer tarixi" yazırsa, o yazar kimi niyə ciddiyə alınmalıdır? Yeniyetməlik dövrü hisslərini şekspirvari drama kimi soxuşduranlar niyə ciddiyə alınmalıdırlar? Ümumiyyətlə, hər sahədə o sahənin standartlarını müəyyən edən ədəbiyyatdan xəbəri olmayanlar sosiologiyadan psixologiyaya, təhsildən etnopsixologiyaya hər mövzuda yazmaqda problem görmürlər. Bu, ancaq cahil cəsarətidir. Bir sahəni nə qədər az bilsən, özünü o sahədə o qədər çox söz sahibi hesab edirsən.

4. Əlisa Nicat 100 kitab niyə yazır ki? 20 kitab yazdın, gördün oxunmur, gəlir gətirmir, nə məcburdur? Ya Çingiz Abdullayev, Varis, nə bilim Elatlı kimi çox yaz, amma oxucunun istədiyini yaz. Ya da get sənət öyrən. Azərbaycanda cəmiyyət çox səmimidir, açıq deyir ki, onun yeni fikirlərlə işi yoxdur. Köhnə, çeynənmiş, tarix saplantılı fikirləri bəzəyib-düzəyib yenidən sırıya bilirsənsə, şikayət ədəbiyyatını yeni səviyyəyə çıxara bilirsənsə, yaxşı mırt tuta bilirsənsə, lağlağı ustasısansa yaz, oxuyaq, qonaqlıq verək, cibinə pul qoyaq, seçki olsa, deputat seçək.

5. “Cəmiyyət yazıçıya dəyər vermir” - fikri yanlışdır. Cəmiyyət də, hakimiyyət də ziyalısına dəyər verir. Bu şərtlə ki, onlarla hesablaşasan. Onda 3 ev də verərlər, fəxri ad da. Məsələn, Ramiz Rövşən niyə həm müxalifət, həm hakimiyyət tərəfindən sevilir? Çünkü fatalizmi din dərəcəsində insanlara mənimsədir, hər iki tərəfi məsuliyyətdən azad edir; taledir, qismətdir, əzrayıldır - nə müxalifətin, nə hakimiyyətin edəcəyi heç nə yoxdur. Dilənən qarının əlindən öpür, soruşmur ki, ölkənin qarısı niyə dilənməlidir?!.
Ya da, Kefli İskəndər rolu oynayırsan, çeynənmiş fikirləri - bir az özünü, bir az da oxucunu dolayıb - manipulyasiya edirsən. “Hay” deyəndə - 3 min, “huy” deyəndə - 5 min pul gələr, kritik anlarda da "əşi, mən də sizin bir tayınız, məndən sizə qəhrəman olmaz" – deyib, Kefli İskəndər kimi miskinləşirsən. Xalq da deyir, "bu adamı nazir qoysaq, ölkə düzələr".

6. Əlisa Nicatın mövcud halını Şahbaz Xuduoğlu ictimailəşdirdi. Burda gizli bir tezis var - "yaradıcılıq, intellekt bu qiymətə layiq görülür". Bir misal verim, Şahbaz bəy özü məşğul olduğu sahədə standartların aşağı düşməsinə səbəb olmayıbmı heç?.. Biz Homo Sapiensi tanıtdıq, maraq böyük oldu. Qərara aldıq ki, tərcümə edək. Nəşriyyatla yazışdıq, ixtisaslı tərcüməçi axtarırdıq, gec tapdıq, gec razılaşdıq. Nəşriyyata yazanda, dedilər ki, Azərbaycana tərcümə hüquqları artıq verilib. Şahbaz bəy kitabı rus dilindən tərcümə etdirdiyi üçün tərcüməçi tapıb qiymətrazılaşmada haqsız rəqabət etdi. Mənim danışdığım tərcüməçinin isə potensial bir layihə əlindən çıxdı. İndi ölkədə neçə elmi kitab tərcümə olunur ki, həmin tərcüməçi başqa iş götürsün? O da elə Əlisa Nicatın gününə düşmürmü?..

Hər kəs paylaşır, işi Allaha həvalə edir, ya da “niyə düzəlmir” - deyə, anonim suallar verir.
Fürsətdən istifadə edib, gənclərə məsləhət vermək istəyirəm ki, bizim səhvləri təkrarlamasınlar, yaradıcı işin, yazarlığın romantikasıyla özlərini aldatmasınlar. Sonra ağlaşma qurmasınlar ki, bizi oxumurlar, dolana bilmirik. Cəmiyyət də, hökümət də heç kimə "yaz, dəstəkləyək" - deyə, söz verməyib. Cəmiyyətin ideoloji xətlərinə baxın.

1. "Əsas can sağlığıdır" – deməli, sağlıq sektoruna, hətta bu türkəçarəlik olsa belə, aid bir iş seçsəniz, təminatınız olacaq və şikayətlənməyəcəksiniz.

2. "Balalarım var"- uşaqlara xitab edən paltar, əyləncə, oyuncaq işi - bunların həmişə müştərisi olacaq.

3. "Yeyib içmək" - restoran işi həmişə populyar olacaq.

4. Həqiqi din və ya xürafat - ikisinin də alıcısı var.

5. Ölkədə neft, təhsil, telekommunikasiya sahəsində ciddi şirkətlər var. Bunlarda iş getməsi üçün həqiqi mütəxəsislərə ehtiyac var, - proqramçı, elektronika mühəndisi, biznes analisti, menecer v.s.

Şəraitə görə, bu xətlərdən birini seçin.

Bir qohum demişdi: "Ölkənin (“Vətəndaşın” - demək istəyirdi-Y.İ.) biri mən. Kitab yazsan, oxumaram. Nəyimə lazımdı?"
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:13

Hava şəraiti ilə bağlı xəbərdarlıq

14:20

Bastrıkin təyyarə qəzası ilə bağlı Kamran Əliyevə zəng edib

18:44

Ağsu Xəstəxanasının yeni direktoru HÖKUMƏT QƏRARLARINI TANIMIR...

12:22

Prokuror Bəxtiyar Hacıyevə 11 il cəza istəyib

12:19

Tokayev təyyarə qəzasının obyektiv araşdırılmasını tapşırdı

12:15

Amerikalı pilot Kşnyakinin etdiyini möcüzə adlandırıb

21:34

AZALdan konpensasiya qərarı: həlak olanlara görə 40, yaralananlara 20 min manat...

21:26

Pilot niyə Bakını yox, Aktaunu seçib?

21:10

Qəzaya düşən təyyarə ekipajının Qroznı dispeçeri ilə danışıqları yayımlanıb

20:57

Hava şəraiti dəyişəcək - Külək, yağış, qar...

20:31

Vəziyyəti ağır olan 3 nəfərin Bakıya gətirilməsi məqsədəuyğun sayılmayıb

20:18

Aktau təyyarəni qəbul etməyə hazır idi, lakin... - Karabayev

20:01

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub - İstintaqın ilkin nəticəsi

17:58

Bu müavinətlərin artırılması təsdiqlənib

12:18

Sumqayıt teatrının aktyoru vəfat edib

11:18

Şəxsi məlumatları paylaşmayın - DİN-dən müraciət

10:40

Ədalət Nəbibəyli ömür zirvəsinə doğru bir pillə də irəlilədi

17:52

Hərbi çağırış yaşının 30-a endirilməsi qanunla təsdiqini tapdı

12:07

Bakıda aptek müdiri xanım işçisini vəhşicəsinə döyüb - VİDEO

11:58

Tovuzda 15 şagird zəhərləndi

14:06

Sumqayıtı Sarayla birləşdirən körpü sökülür

14:00

Makron hökuməti Azərbaycan üçün təhlükə yaradır

13:53

Sulu qar və qar yağacaq...

13:49

İrəvan 2 şərti yerinə yetirməsə, sülh müqaviləsi imzalana bilməz

13:33

Əvəz Zeynallının həbs müddəti azaldılıb

18:59

Əsgərlik yaşının azaldılmasının səbəbi...

18:48

Milli Məclis işçilərinin maaşı artırılır

14:22

Dövlət büdcəsinə yeni xərc maddəsi əlavə ediləcək

12:52

Rusiyada Putinin azərbaycanlı müəlliminin xatirəsi anılıb - FOTO

11:21

FAKTİKİ HAVA: külək, qar...

12:20

Əsədin sarayından ruhi xəstəliklərə qarşı həblər tapıldı

12:14

Cinayət xarakterli məsələləri hüquq-mühafizə orqanlarına yönləndiririk - Təhsil naziri

12:03

Saxta həkimlərlə bağlı prokurorluğa müraciət edilib - Nazir

11:54

Üçüncü ölkə münasibətlərin normallaşmasına zərər yetirir - Hacıyev

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO