“Azərsu” 72 milyon dollar pulu batırıb - RƏSMİ

19:43 26.03.2023 1 274
“Azərsu” 72 milyon dollar pulu batırıb - RƏSMİ

Hesablama Palatası “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin icra etdiyi “Bakı şəhərinin Pirşağı qəsəbəsində Çirkab Sularının Təmizlənməsi Qurğusu” layihəsinin audit nəticələrini açıqlayıb.

Demokrat.az bildirir ki, bərbad şəkildə icra olunmuş bu layihədə çox ciddi qüsurlar ortaya çıxıb.

Qeyd edək ki, Koreya İxrac-İdxal Bankından alınan kredit hesabına həyata keçirilən bu layihə Prezident İlham Əliyevin 29 yanvar 2019-cu ildə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində aparılıb. Layihənin məqsədləri 40000,0 m³/gün gücündə olan Pirşağı Çirkab Sularının Təmizlənməsi Qurğusunun tikilməsi ilə Xəzər dənizinin suyunun keyfiyyətinin qorunmasından ibarət olub.


Layihə çərçivəsində Bakı şəhərinin Sabunçu rayonunun Pirşağı, Kürdəxanı, Bilgəh, Nardaran və Maştağa, Abşeron rayonunun Novxanı, Goradil, Fatmayı, Mehdiabad, Məmmədli və Digah qəsəbələrində ictimai su obyektinin keyfiyyətinin qorunması, suyun çirklənməsinin qarşısının alınması və Xəzər dənizində suyun keyfiyyətinin yaxşılaşdırılması həyata keçirilməli idi.

Layihənin ümumi dəyəri 72,02 mln. ABŞ dolları olub. Bundan - kreditin məbləği 43,5 mln. ABŞ dolları (60,4%), Azərbaycan tərəfinin payının məbləği isə 28,52 mln. ABŞ dolları (39,6%) müəyyən edilib.

Hesablama Palatası tərəfindən aparılmış audit acınacaqlı vəziyyəti üzə çıxarıb.

Məlum olub ki, lazımi koordinasiyanın qurulmaması şəraitində Qurğunun fəaliyyəti üçün kənar texniki şəraitin yaradılması üzrə zəruri maliyyələşdirilmə aparılmayıb. Bu səbəbdən həmin ərazidə su və kanalizasiya sistemi təchizatının çox aşağı səviyyədə olduğu müəyyən edilib. Qeyd edilənlər səbəbindən yaranmış şərait müvafiq Dövlət Proqramı ilə müəyyən edilmiş hədəflərə çatmayıb. Təmizlənmiş suyun keyfiyyət göstəricilərinin Texniki-İqtisadi Əsaslandırma sənədində göstəriləndən aşağı səviyyədə olub.


Qurğu zəmanət sınaqları keçirilmədən istismara qəbul edilib. Palatanın rəyinə əsasən, bu isə Qurğunun hazırda və yaxın gələcəkdə tam gücü ilə təyinatı üzrə işləməsinin mümkünsüz edir.

Rəydə daha sonra deyilir ki, xərclənmiş vəsaitlərin uçotunda və qiymətləndirmələrdə qeyri-dəqiqliklər üzə çıxıb. Bu isə Qurğunun su təmizləmə qabiliyyətini yararsız edib.

Çünki kapitallaşdırılmış məsrəflər qismində uçota alınan Qurğunun xidmət edəcəyi ərazidə illik ən azı 35 milyon manatdan artıq miqdarda vəsaitin itkisinə səbəb olan və itirildiyi rəsmiləşdirilən 50%-dən çox su miqdarı, eləcə də həmin ərazidə su və kanalizasiya sisteminin planlaşdırılan tikinti göstəriciləri gələcəkdə su sərfiyyatının Qurğunun su təmizləmə qabiliyyətini üstələyəcəyini deməyə əsas verib.

“Layihənin istismar müddətinin, eləcə də Qurğunun təchizatı üzrə daxili bazar qiymətlərinin düzgün nəzərə alınmaması, vəsaitlərə qənaət və həmin vəsaitlərdən səmərəli istifadə imkanlarının itirilməsiylə yanaşı, Qurğunun hissələrinin faktiki dəyərinin məzənnə fərqi nəticəsində qiymət artımı, gömrük ödəmələri və kapitallaşan xərclər nəzərə alınmaqla müəyyən edilməməsi Qurğunun ayrı-ayrı hissələrinin əsas vəsait qismində uçota alınmasında da problemlər yaradıb”- deyə, Palatanın rəyində bildirilir.

Qeyd edilib ki, Qurğu tam gücü ilə təyinatı üzrə işləməyib: “Ümumiyyətlə Qurğunun təyinatı üzrə tam gücü ilə fəaliyyət göstərməməsi Layihənin ekoloji, sosial, və iqtisadi məqsədlərinə nail olunmayıb”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO