Bakıda kafelərdən birində kütləvi dava baş verib.Becan.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.
Tərəflər arasında başlayan mübahisə əvvəlcə əlbəyaxa davaya çevrilib. Daha sonra tərəflər bir-birilərinə bıçaqla hücum ediblər.
Yekunda bir nəfər həyatını itirib. Həyatını itirən Ceyhun adında şəxs olub. O, "Ceyhun Sabunçu" kimi tanınır.
Əməli törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən müvafiq tədbirlər görülür.