Əlavə sübuta ehtiyacı olmayan fakt - İran rejimi terrorçudur - ŞƏRH

22:03 31.03.2023 1 482
Əlavə sübuta ehtiyacı olmayan fakt - İran rejimi terrorçudur - ŞƏRH

İran hakimiyyətinin ayaqda qalması üçün yalan və böhtan əsas vasitədir. O, 40 ildən çoxdur bu vasitə ilə ölkə ictimaiyyətini aldadır. Din, Allah, 12-ci imam adından spekulyasiya edən Tehran rejimi İran əhalisini zombi, manqurt kimi nəzarət altında saxlamağa çalışır. Öz vətəndaşlarına yalan danışmaqdan çəkinməyən rejimin qonşu dövlətlərin, xüsusilə son zamanlar Azərbaycan Respublikasının ünvanına daha çox yalan danışması adət halını alıb.

Düzdür, onun yalanlarına diqqət ayırmamaq da olar. Yaxşı deyiblər: “Milçək qarası kiçik də olsa, ürək bulandırır”. Odur ki, bu milçək “qaraları”na fikir bildirməmək olmur.

Tehran rejimi torpaqlar işğal altında olduğu illərdə Azərbaycan rəsmilərinin üzünə gülsə də, səhnə arxasında, bir qayda olaraq, Ermənistanın və onun havadarlarının mövqeyindən çıxış edirdi. İran hakimiyyəti bu saxtakarlığını “İslam dini”, “müsəlman qardaşlığı”, “müsəlman torpaqları” kimi ifadələrlə maskalamağa səy göstərirdi. 44 günlük müharibə Azərbaycanın əsl dostlarını bir daha tanıtdığı kimi, dost-qardaş cildində olanların da maskasını yırtıb, əsl sifətini göstərdi. Həmin günlərdə İran hakimiyyəti Azərbaycana qarşı təbliğata ara vermirdi. Bu kampaniyada Tehran rejiminin informasiya vasitələrindən, adi siyasi şərhçilərindən tutmuş, ölkənin o vaxtkı prezidenti Həsən Ruhaniyə və ali rəhbəri ayətullah Seyid Əli Xameneiyədək, - hamısı qatılmışdı. Rejimin təbliğat maşını Fransa, terrorçu PKK, Rusiya KİV-lərinin və siyasilərinin bir qrupu guya Azərbaycan ərazisində hansısa terrorçu qrupların nümayəndələrinin (onda iddia edirdilər ki, Suriyadakı türkmənlər) döyüşdüyünə dair şayiələr yayırdılar. Rəsmi Bakı bu çirkin kampaniyanı aparanlardan fakt istədikdə isə əllərində heç bir dəlil-sübut olmadığından susurdular.

Ermənistan kapitulyasiya aktını imzaladıqdan sonra Xameneinin saxta fətvası ətrafında yalan çıxışlar mərhələsi başladı. Bunun da saxtakarlıq olduğu müəyyənləşəndən sonra Tehran rejimi yenə əvvəlki əməlinə, Azərbaycana qarşı qarayaxma işinə döndü.

Bu dəfə Azərbaycanın Ermənistan ərazisi ilə bağlı məchul iddialarından bəhs etməyə başladılar. Heç kimə sirr deyil ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədi müəyyənləşməyib. Azərbaycan belə bir şəraitdə Ermənistanın hansı ərazisinə nəzarəti ələ keçirə bilər? Digər tərəfdən, sərhəd məlum olmadığı halda Tehran rejimi niyə Qafanda, sərhədyanı bölgədə konsulluq açıb?

Ötən gün İran İnqilab Keşikçiləri Qvardiyasının Quru Qoşunlarının komandanı Kiomərş Heydəri Azərbaycana qarşı yenidən şər-böhtan dolu çıxış edib. O, respublika ərazisində guya “sionist qüvvələr”in olmasından, 44 günlük müharibə zamanı Azərbaycana Suriyadan İŞİD terrorçularının gətirilməsi kimi əxlaqdan uzaq (ifadəyə görə üzr istəyirəm), həyasız açıqlama verib. O da rəhbərinin iddia etdiyi sərhəd dəyişikliyi ilə bağlı çürük fikirləri bir daha təkrarlayıb.

Azərbaycan Müdafiə Nazirliyi onun və ona bənzərlərin çıxışını cavablandırıb: “Ümumiyyətlə, Azərbaycan Respublikasının ərazisində kənar elementlər mövcud deyil”.
Nazirlik işğal dövründə İran hakimiyyətinin susqunluğunu, Ermənistanı müdafiə etməsini qeyd edərək, bildirib ki, Ermənistanın 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxladığı müddətdə İran-Ermənistan qardaşlığı daha da güclənmişdi. Nazirlik bir daha vurğulayıb ki, Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir və dövlətlərin daxili işlərinə qarışmır. Qurum Vətən müharibəsində Azərbaycanın guya İŞİD terrorçularından istifadə etməsinə dair iddialara cavab olaraq bildirib: “Şanlı Azərbaycan Ordusu təkbaşına torpaqlarımızı işğaldan azad edərək, zəfər salnaməsi yazmışdır”.


Müdafiə Nazirliyi Heydəri kimilərin iddialarının cəfəng ittiham və iftiradan başqa bir şey olmadığını qeyd edib: “Bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi istehza və gülüş doğurur".

Qeyd edək ki, K.Heydərinin xidmət etdiyi Sepahın əsası terrorçu fəaliyyətlə qoyulub. 1979-cu ilin noyabrında ABŞ-ın Tehrandakı səfirliyinin əməkdaşlarını girov saxlayanlar bu silahlı birləşməni yaradıblar. ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, Bəhreyn artıq bu qurumu terrorçu təşkilatlar siyahısına daxil edib. Böyük Britaniya və Avropa İttifaqı bu istiqamətdə müzakirələr aparır. Sepahın bir sıra rəsmilərinə qarşı artıq sanksiya tətbiq edilib. Adı daha çox terror aktlarında hallanan Sepahın yüksək rütbəli zabitləri, o cümlədən onun Qüds qoşunun komandanı general Qasım Süleymani, general Hüseyn Həmədani, general-mayor Fərşad Xasunizadə, briqada generalı Həmid Möhtərbənd, “Fatemiyun” diviziyasının briqada generalı Rza Xavərinin Suriya ərazisində zərərsizləşdirilməsi kimi faktlar Sepahın başqa dövlətlərin daxili işinə qarışmasını və terror fəaliyyəti ilə məşğul olmasını təsdiqləyən faktlardır. Bu hərbi birləşmə ölkə vətəndaşlarına qarşı da amansız davranır. Ötən ilin payızında başlayan etiraz aksiyalarının Sepahın və onun yarımhərbi qolu sayılan Bəsicin iştirakı ilə 70-ə yaxını uşaq olmaqla 500-dən çox dinc aksiyaçı qətlə yetirilib.

Bu günlərdə Macarıstanın paytaxtı Budapeştdə keçirilən Qlobal Terrorla Mübarizə Forumunun iştirakçıları İran hakimiyyətinin “dünyada həyasız terror planları”nı, o cümlədən Qüds qoşunu vasitəsilə törətdiyi terror hadisələrini müzakirə ediblər. Tədbir iştirakçıları İranın Yaxın Şərqdə və ondan kənarda davranışının sabitliyi, qanunsuz fəaliyyətinin beynəlxalq maliyyə sistemini və hüquq normalarının bütövlüyünü pozduğunu vurğulayıblar.

Bu, beynəlxalq ictimaiyyətin İrandakı rejim haqqında rəyidir. Bu, elə bir rejimdir ölkə ərazisində diplomatik missiyaların binasına terror hücumu təşkil edir. Odur ki, beynəlxalq ictimaiyyətin İrandakı mürtəce hakimiyyətin başlıca dayağı olan Sepahın terrorçu təşkilat olaraq tanınması prosesinin yarımçıq qalması yenə dünyada fəsadlara yol açar.(Yenixeber.org)

Sədrəddin İsmayılov
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

12:06

Ərdoğan Əliyevi şəxsən dəvət edib

11:03

Bakıda kafedə kütləvi dava: ölən var

19:23

Batan gəmidəki azərbaycanlılar xilas edilib

19:11

Hava hücumuna görə Moskvada 4 aeroport bağlandı

13:37

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu ciddi mühafizə olunur

13:23

Üç türk respublikaları prezidentlərinin qızları bir arada

13:13

Dövlət Neft Fondunun aktivləri 74 milyard dolları keçib

12:27

Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı

13:54

Türkiyədə Azərbaycan kampaniyası bu faktı üzə çıxartdı

13:48

TƏBİB-in nazirliyə verilməsi nəyi dəyişəcək? - Yeni dövr başlayır

13:35

Bölgələrdə yağış yağacaq, dolu düşəcək

12:35

Farslar təhqir, “Traktor” imtina etdi

12:25

Fransada polis vəziyyətə nəzarəti itirdi

12:13

Direktorun maşınını yandıran daha bir nəfər saxlanıldı - VİDEO

12:01

Səhiyyə naziri işdən çıxarıldı, Baş nazirin müavini təyin edildi

11:56

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi

11:45

Yeni səhiyyə naziri təyin edildi

14:20

"Sağlam düşüncə və qardaşlıq hüququ qorunmalıdır" - Fuad Oktay

13:56

Ağsu sakini Məşğulluq idarəsinin müdirindən Prezidentə şikayət etdi - VİDEOMÜRACİƏT

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}