Aprelin 4-də Azərbaycan sərhədçiləri İrandan gələn külli miqdarda narkotik maddə qaçaqmalçılığının qarşısını alıblar.Əməliyyat tədbirləri zamanı "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində 16 kiloqram marixuana və 1300 ədəd Metadon M-40 psixotrop həbi aşkar edilərək, götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir, - bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.
Becan.az