İranda molla rejiminə qarşı etirazlar davam edir.
Etirazçılar həm dinc aksiyalar keçirirlər, həm də rejimin qanunsuz, insan haqlarını pozan davranışlarına qarşı elə qanunu pozaraq cavab verirlər.
Musavat.com teleqram kanallarına istinadən xəbər verir ki, bu gün İranda daha bir mollaya hücum edilib.
Məlumata görə İranın Mərkəzi əyalətinin Əhmədabad kəndinin cümə imamı 21 yaşlı gənc tərəfindən bıçaqlanıb.
Onun səhhəti ilə bağlı dəqiq məlumat paylaşılmayıb.
Onu da qeyd edək ki, bu gün Təbrizdə də iki körpüdən Güney Azərbaycana azadlıq şüarları əks olunan lövhə asılıb.