Daha bir beynəlxalq yarış - BAKIDA

22:10 3.06.2023 2 582
Daha bir beynəlxalq yarış - BAKIDA

Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş daha bir yarışa start verilir.

Bu məqsədlə Zirə Mədəniyyət Mərkəzi – Eko Parkda baş tutacaq “Ironwind” beynəlxalq idman yarışı ilə bağlı mətbuat konfransı keçirilib.

Yarışda iştirak edən idmançılar əvvəlcə Pirallahı rayonunda tədbirin keçiriləcəyi məkanla tanış olub, onlara məşq etmək üçün şərait yaradılıb, yarış nömrələri göstərilib.

Konfransda Azərbaycan Triatlon Federasiyasının (ATF) vitse-prezidenti Rüfət Həsənov, idman direktoru Elvin Məmmədxanov, idmançılar və media nümayəndələri iştirak edib.

Mətbuat konfransı Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş videoçarxla başlayıb.

Tədbirdə çıxış edən ATF-nin idman direktoru
Elvin Məmmədxanov Heydər Əliyev ili çərçivəsində keçirilən yarışlardan, həmçinin Ulu Öndərin idmana olan diqqətindən danışıb.

ATF-in vitse-prezidenti, “Triterra” triatlon klubunun rəhbəri və yarışın direktoru Rüfət Həsənov “Ironwind”in açıq turnir olduğunu diqqətə çatdırıb. Yarışa xarici ölkələrdən qatılan idmançılara yaradılan şərait barədə danışıb.
“Triterra” klubunun baş məşqçisi Aleksandr Mordasov distansiyalar haqqında informasiya verib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası, Baku City Circuit və “Triterra” klubunun birgə təşkilatçılığı ilə 2023-cü il iyunun 4-də Bakının Pirallahı rayonunda yerləşən Nərəkənd parkında Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Ironwind” açıq turniri keçiriləcək.

Triatlon turnirində 1,9 km məsafəyə üzmə, 90 km məsafəyə velosiped sürmə və 21,1 km məsafəyə qaçış mərhələsi olacaq. Türkiyə, Rusiya, İran, Böyük Britaniya, ABŞ, Kipr, Xorvatiya, Qazaxıstan, Ukrayna, Belarus və digər ölkələrdən idmançıların qoşulacağı yarışda ümumilikdə 100-dən çox iştirakçı qüvvəsini sınayacaq. Turnir zamanı Nərəkənd parkında aşağı yaş qruplarının da nümayiş üçün dairəvi qaçışı nəzərdə tutulub.

Yarışın qalibləri üçün nəzərdə tutulan pul mükafatlarının məbləği də açıqlanıb. Kişilər və qadınlar arasında 1-ci yerin sahibinə 2.000 AZN, 2-ci yeri tutanlara 1.000 AZN, finişə 3-cü çatan idmançılara isə 500 AZN, həmçinin sponsorlardan hədiyyələr təqdim olunacaq.

Yarış “PMD”, “ALUFAR”, “METAK”, “NAR MOBILE”, “BONAQUA” və “SMARTSCORING” şirkətlərinin sponsorluğu ilə baş tutacaq.




Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

12:06

Ərdoğan Əliyevi şəxsən dəvət edib

11:03

Bakıda kafedə kütləvi dava: ölən var

19:23

Batan gəmidəki azərbaycanlılar xilas edilib

19:11

Hava hücumuna görə Moskvada 4 aeroport bağlandı

13:37

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu ciddi mühafizə olunur

13:23

Üç türk respublikaları prezidentlərinin qızları bir arada

13:13

Dövlət Neft Fondunun aktivləri 74 milyard dolları keçib

12:27

Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı

13:54

Türkiyədə Azərbaycan kampaniyası bu faktı üzə çıxartdı

13:48

TƏBİB-in nazirliyə verilməsi nəyi dəyişəcək? - Yeni dövr başlayır

13:35

Bölgələrdə yağış yağacaq, dolu düşəcək

12:35

Farslar təhqir, “Traktor” imtina etdi

12:25

Fransada polis vəziyyətə nəzarəti itirdi

12:13

Direktorun maşınını yandıran daha bir nəfər saxlanıldı - VİDEO

12:01

Səhiyyə naziri işdən çıxarıldı, Baş nazirin müavini təyin edildi

11:56

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi

11:45

Yeni səhiyyə naziri təyin edildi

14:20

"Sağlam düşüncə və qardaşlıq hüququ qorunmalıdır" - Fuad Oktay

13:56

Ağsu sakini Məşğulluq idarəsinin müdirindən Prezidentə şikayət etdi - VİDEOMÜRACİƏT

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}