Rusiyanın Kemerovo vilayətində məhbuslar Ukraynaya müharibəyə getməkdən imtina etdikləri üçün işgəncələrə məruz qalır və zorlanma ilə hədələnirlər.
Bakupost.az xəbər verir ki, bu barədə Kemerovo vilayətindəki 41 saylı islah düşərgəsinin (İD-41) məhbuslarından biri Gulagu.net insan haqları layihəsinə bildirib.
O qeyd edib ki, iyulun 3-də “rejim yaratmaq” üçün koloniyaya gələn Rusiya hüquq-mühafizə orqanlarının bir qrup əməkdaşı onlardan müharibəyə getməyi tələb edib. Məhbuslar bundan imtina etdiklərinə görə onların qasıq nahiyəsinə elektrik cərəyanı veriblər:
"Eləcə də bizi it kimi gəzib hürməyə məcbur edir, döyür, təhqir edir və rezin dəyənəklə zorlayacaqları ilə hədələyirlər".