Ermənistanın radikal Daşnaksütyun hərəkatının daha bir üzvü saxlanılıb.
Yenixeber.org: Bu barədə Ermənistan parlamentinin “Hayastan” fraksiyasından olan deputatı Tadevos Avetisyan sosial şəbəkədə məlumat yayıb.
Qeyd edilir ki, qurumun Ararat Regional Komitəsinin üzvü Qarnik Manukyan artıq həbs edilib. Onun sözlərinə görə, qərar Artaşatdakı ümumi yurisdiksiya məhkəməsində çıxarılıb. Məlumata əsasən, ona 2 aylıq iş kəsilib.