Gəncə şəhərində güclü külək irigövdəli ağacı evlərin birinin üzərinə aşırdıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Şahlar Hüseynov küçəsində baş verib.
Nəticədə Akif Qəmbərova məxsus mənzilə zərər dəyib.
Məlumata görə, həmin ağac quruduğundan bir müddət əvvəl sakinlər tərəfindən aidiyyəti qurumlara dəfələrlə müraciət olunub. Lakin vaxtında heç bir tədbir görülməyib.