Daha bir Qazi intihar həddində - Səbəbkar Bahar Muradova və onun işçisi göstərilir

18:47 25.07.2023 785
Daha bir Qazi intihar həddində - Səbəbkar Bahar Muradova və onun işçisi göstərilir

Bir neçə gün əvvəl Qarabağ Müharibəsi Qazisi Səfərov Azər Saleh oğlunun redaksiyamıza ünvanladığı şikayət məktubu əsasında “Bahar Muradovanın kadrının adı Qazinin təhdidində hallanır” başlıqlı yazı dərc etmişdik.

Yazıda hörmətli Qazimizin Yevlax rayon Qoyunbinəsi kəndinin keçmiş bələdiyyə sədri Məmmədov Qabil Süleyman oğlu tərəfindən haqsızlığa məruz qalmasından, ona və ailəsinə məxsus torpaq sahəsinin əllərindən alınmasından bəhs olunurdu. Xüsusi ilə vurğulanan məqam isə sabiq bələdiyyə sədrinin müxtəlif dövlət strukturlarında vəzifə tutan övladlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etməsidir...

Bu dəfə isə dəyərli Qazimiz qarşılaşdığı problemlə bağlı “Yenixeber.org”a müsahibə verib. Şikayət yüklü müsahibəni oxucularımıza təqdim edirik:


Təqdimat: Səfərov Azər Saleh oğlu 1975-ci il 7 yanvarda Yevlax rayonunda doğulub. 1992-ci ilin iyul ayında könullu olaraq ön cəbhəyə yollanıb. “N” saylı h/h-nin tərkibində Laçın dəhlizində gedən döyüşlərdə fəal iştirak edib. Ağdərə istiqamətində aparılan əməliyyatların iştirakçısı olub. Vəng yüksəkliyində gedən ağır döyüşlərin birində yaralanıb. Hazırda Qarabağ qazisidir, Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun Sabunçu Rayon Təşkilatının sədridir.

Sual: Ötən yazımızdan sonra qarşı tərəf sizin məlum problemlə bağlı iddia edir ki, torpaq sahəsi 1995-ci ildə "Avdılar" Kəndli Fermer Təsərrüfatı (KFT) mülkiyyətində və faktiki istifadəsində olmuş və 28 il ərzində siz və ailəniz bununla bağlı hər hansı iddia irəli sürməmisiniz. Bu iddia nə dərəcədə doğrudur və əgər doğrudursa, hansı səbəblərdən qaynaqlanır?

Cavab: Əvvəla bildirim ki, "Avdılar" KFT-nin iddia olunan heç bir torpaq sahəsi özünün olmayıb. 1998-ci ildə, ölkənin hər yerində olduğu kimi, bizim kənddə də torpaq islahatları aparılıb. Mənə və 4 ailə üzvümüzə 6,6 hektar torpaq sahəsi ayrılıb. Məlum olduğu kimi, torpaq sahəsi ilə bağlı ən vacib sənəd Dövlət Aktıdır. 1995-ci ildə heç kimə 50 hektar torpaq sahəsi verilə bilməzdi.

Yaxın qohum olduğumuz üçün atamla danışığı olmuşdu ki, bizimlə halallaşacaq.

Lakin, gözlənilməz hadisələr oldu, ağlımıza gələməyənlər başımıza gəldi: 2019-cu ildə bizim adımızdan saxta sənəd düzəldərək, torpağımıza sahiblənmək istədi.

Onlarn özünə aid pay torpaqları var idi. Lakin 50 hektar deyildi. Qeyd etdiyim kimi, bu faktdır ki, o dövrdə heç kimə 50 hektar torpaq sahəsi verilmirdi. Burada söhbət qanuni pay torpaqlarından gedir. Bununla bağlı 04.05.2022-ci ildə Yevlax Rayon Prokurorluğunda və Polis İdarəsində müvafiq araşdırma aparılmış, müəyyən edilmişdir ki, Qabil Məmmədov sənədləri saxtalaşdırıb. Hətta, buna görə də ona CM-nin 320.2-ci maddəsi ilə cinayət işi açılmışdı. Müddət ötdüyü üçün xitam verilmişdir. Amma məsuliyyət üzərində qalır.

Sual: Bəs sonrakı proseslər necə cərəyan elədi? Məhkəmə mərhələlərini nəzərdə tuturuq…

Cavab: Nəhayət, məlum qayda-qanunlara uyğun olaraq məhkəməyə üz tutduq. Bütün məkəmə proseslərinə açıq və qanunsuz müdaxilələr olurdu. Bu müdaxilələrin başında da Qabil Məmmədovun oğlu Rahil Süleymanzadə durur. O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində məsul vəzifədə işləyir. Və vəzifə səlahiyyətlərindən də açıq və kobud şəkildə sui-istifadə edir. Mən bu özbaşınalıqla bağlı sözügedən komitənin rəhbərliyinə də dəfələrlə müraciət etmişəm. Belə anlaşılır ki, Rahil Süleymanzadəyə bu “səlahiyyət” elə komitə rəhbərliyi tərəfindən verilib… Bunun başqa adı isə, yumşaq desək, məmur özbaşınalığıdır.

Bundan əlavə Rahil Süleymanzadənin bacısı Əsgərzadə Vəfa Ombudsman Aparatında, qardaşı Məmmədzadə Elşən isə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində məsul vəzifələrdə işləyirlər. Onlar da öz nüfuz və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, məhkəməyə və digər dövlət strukturlarına təzyiq edirlər. Onu da qeyd edim ki, bu işdə vəzifə ilə bərabər, onların maddi imkanları da əhəmiyyətli rol oynayır. Pulları çox olduğu ücün himayədarları da çoxdur. Biz haqlı olsaq da, çətin vəziyyətdə qalmışıq. 4 ildir ailəmin və mənim başıma gətirmədikləri oyunlar qalmayıb. Ən dəhşətlisi də odur ki, onların bizə təzyiq və hədələri getdikcə artır.

(Yeri gəlmişkən onu da, bildirim ki, bunların bu saxtakarlıqları təkcə bizə qarşı deyil, 41 nəfər kənd sakini bunların “qurbanlıq”larına çevrilib).

27.12.2022-ci ildə Yevlax rayonunda Məhkəmə zalında hakim Toğrul Əliyevin gözu qarşısında Rahil Süleymanzadə atamı və qardaşımı qışqıra-qışqıra hədələyirdi. Rahil Suleymanzadə elə Məhkəmə zalında heç kimdən qorxub-çəkinmədən, bizə hədə-qorxu gəlirdi. Açıq şəkildə deyirdi ki, mənim arxamda o boyda Komitə dayanıb, bəs sizin arxanızda kim dayanıb?


Mən ona etiraz etsəm də, hakim məni həbslə hədələdi. İstər Ombudsman Aparatı olsun, istərsə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olsun, onları ona görə yaradıblar ki, xalqa xidmət etsin. Daha insanların hüquqlarını ayaqlar altına atmasınlar. Bunların özbaşınalıqları ilə bağlı minlərlə ərizə yazmışıq Bahar Muradovaya, Səbinə Əliyevaya... .

Mən, Bahar Muradovaya muraciət etdim ki, əməkdaşının hansı oyunlardan çıxdığını bilsin və onun haqqında tədbir görsün. Təəssüflər olsun ki, bu vaxta qədər heç bir tədbir görülməyib. Hansı səbəbdənsə bu komitə həqiqəti uzə çıxartmaq istəmir. Bu da bizə əsas verir deyək ki, bu işin arxasında həqiqətən də elə Bahar xanım durur.

Mən buradan bir daha Bahar Muradovaya müraciət edirəm: sevimli kadrı Rahil Süleymanzadəyə "DUR" desin!

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Ombudsman Aparatının əməkdaşlarının atası hektarlarla torpaq sahələrini saxta sənədlərlə ələ keçirir, çirkli pulların sayəsində varlanır. Obudsman Aparatının rəhbəri və Komitə sədri isə buna göz yumur.

Sual: Bu qalmaqalda qardaşınızın yaşadığı evlə də bağlı söz-söhbət var. Qarşı tərəf bu evin sizə məxsus olmadığını iddia edir. Bəs həqiqət necədir?

Cavab: Qardaşımın yaşadığı ev, baba mülküdür. Məndə o evə babam tərəfindən verilmiş vərəsəlik haqqında rəsmi sənəd var. Eləcə də, anam da o evə payçıdır.

Mən onların saxtakarlıqlarını, cinayət yolu ilə ələ kecirdikləri hektarlarla torpaq sahələrini üzə çıxartdığım üçün bizimlə düşmənçilik edirlər.

Amma unutmasınlar: Nə təzyiqləri, nə təhdidləri, nə də hansısa şantajları məni yolumdan çəkindirməyəcək. Mən və ailə üzvlərimiz haqqımız olanı istəyirik. Bu qədər sadə, bu qədər bəsit.

Artıq beş ildir ki, bu məhkəmələrdə məmur özbaşınalığından dolayı olmazın zülmünü çəkirəm, dözə bilmirəm. Mən məgər bundan ötrü vətən torpağı uğunda canımı fəda etmişdim ki, halal-haqqım olan torpağımı hansısa məmurlar vəsifə səlahiyyətlərindən, pul-paralarından istifadə edib, işğal etsin?

Bu özbaşınalıqlar durmasa intihar edəcəm. Bunu da bu işdə rolu olan hər kəs bilsin.

Becan.az: Qarşı tərəflər yazıdakı iddialara görə mövqe bildirsələr, dərc etməyə hazırıq.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

17:12

Ukrayna Prezidenti bəzi məşhurları fəxri adlarından məhrum etdi

11:48

Müharibə veteranlarının təqaüdləri artırılacaqmı? - AÇIQLAMA

16:56

Kərə yağının aybaay bahalaşmasının səbəbləri - Araşdırma

16:48

Silahlar Ermənistana açıq daşınır: məxfilik yoxdur - Manukyan

16:29

Çakraborti müsəlmanları təhqirə görə üzr tələbini rədd etdi

16:22

İlham Əliyev avropalılara: "Əgər biz cəngəllikik, bizdən uzaq durun"

16:06

Azərbaycanda özəl olaraq yük aeroportu tikilir

11:18

Azərbaycan paytaxtında yüksək ümidlər və böyük gözləntilərlə COP29 başladı

15:41

Azərbaycan Xalqı Türkiyə Prezidentindən təbrik aldı

12:29

Bayraq Meydanında üçrəngli Azərbaycan bayrağı yenidən qaldırılıb

12:23

İnternet üzərindən narkotik maddə satan 150 nəfər saxlanılıb

12:02

Azad olunmuş ərazilərə 8,6 milyard ABŞ dolları investisiya qoyulacaq

11:57

Pakistanda dəhşətli partlayış: 24 ölü, 30 yaralı

11:52

Türkiyə XİN Azərbaycanın Bayraq Günü ilə bağlı paylaşım edib

11:47

İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

11:40

Yol polisi sürücülərə müraciət etdi

18:20

Trampın Azərbaycan açıqlaması İrəvanı qarışdırdı

18:15

Trampın seçilməsinə İrandan ilk reaksiya

18:11

Azərbaycan Prezidenti ABŞ-ın yeni prezidentini təbrik edib

18:06

Gənc jurnalist vəfat edib

11:11

Ermənilər üçün göz yaşı tökən Pelosi yenidən seçilir

11:05

Ərdoğanla Əliyevin görüşü olub

11:44

Çakraborti müsəlmanları doğramaqla hədələdi...

11:33

Rusiyada həbs edilən generalla bağlı yeni detallar - VİDEO

11:26

General işdən azad olundu, yerinə polkovnik gətirildi

10:57

DYP-dən sürücülərə müraciət

10:50

Ağsuda yeznəsini qayçı ilə vuran şəxs saxlanılıb

10:43

Yeni telekanal fəaliyyətə başlayır

10:34

İlham Əliyev və xanımı Bakı Olimpiya Stadionunda şəraitlə tanış olub

10:30

Ermənilər “ən güclü silah”ını itirir

21:46

M.Ə.Rəsulzadənin "Panturanizm haqqında" kitabı yayınlanıb

16:56

Narkotika istifadəçisi olan avtobus sürücüsü həbs edildi

15:59

Məsuliyyətə cəlb edilən polkovnik, görün, kimin oğludur?

13:06

Zaqatalada iki nəfər dəm qazından zəhərləndi

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO