Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun təqdimatı əsasında 3 rəis vəzifəsindən azad edilib.Gundem.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı ədliyyə naziri Fikrət Məmmədov əmr imzalayıb.
Əmrə əsasən, Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Azər Musa oğlu Hacıyev, 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovniki Namiq Vəli oğlu Qocayev və Penitensiar Xidmətin Təchizat İdarəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Mürsəl İslam oğlu Zeynalov nöqsanlara görə işdən çıxarılıb.