Həqiqətlərin üzə çıxarılması naminə yaranan MÜSAHİBƏ - “Şəhid ailələri, Qarabağ qaziləri və veteranları daim diqqətimizdədir”

20:56 5.09.2023 4 130
Emin Hüseyn: ““Sistem” kimi tanınan venadaxili infuziya vasitələri ev şəraitində vurulmur”

Həqiqətlərin üzə çıxarılması naminə yaranan MÜSAHİBƏ - “Şəhid ailələri, Qarabağ qaziləri və veteranları daim diqqətimizdədir”

Şamaxı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin(RMX PHŞ) direktoru Emin Hüseynin indiki və əsasən də daha əvvəlki iş fəaliyyəti haqqında saytlarda bir neçə dəfə yazılar dərc olunub. Bu yazıların mövzu yükü işdə yol verilən ciddi nöqsanlardan – mənimsəmə hallarından, düzgün aparılmayan kadr seçimindən, işçilərə və xəstələrə qarşı bəzən yol verilən mülayim olmayan rəftardan ibarətdir...

Qeyd etdiyimiz yazıların müxtəlif saytlarda ara-sıra təkrar olunması bizim də diqqətimizi bu mövzuya çəkdi. Bu üzdən Şamaxı RMX PHŞ-nin direktoru Emin Hüseynlə əlaqə saxlamaq və sual yaradan məqamlara şəxsən özünün aydınlıq gətirməsinə ehtiyac duyduq. Bildirək ki, cənab Emin Hüseyn təklifimizi təkidsiz-filansız qəbul etdi və suallarımızı cavabsız qoymadı.

- Hazırda Sumqayıt Tibb Mərkəzinin Kadrlar şöbəsinin müdiri vəzifəsini tutan Elnarə Arif qızı Məmmədovanın bu sahəyə gətirilməsində sizin adınız da hallanır. Belə ki, bildirildiyinə görə: Elnarə Məmmədova əvvəllər tamam başqa peşəylə məşğul olurmuş, lakin, siz, həm Qobustan Mərkəzi Xəstəxanasının, həm də Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifələrini tutarkən, heç bir ali, eləcə də tibbi təhsili olmayan Elnarə Məmmədovanı, müvafiq illərdə, hər iki xəstəxananın kadrlar şöbəsinə müdir təyin etmisiniz. Siz Şamaxı RMX PHŞ-yə direktor təyin olunandan sonra, E.Məmmədova Qobustan RMX-nin yeni rəhbərliyi tərəfindən işdən kənarlaşdırılıb. Lakin sonradan E.Məmmədova ona qarşı yönəldilmiş Əmək Məcəlləsinin 70-ci maddəsinin tətbiqini məhkəmə vasitəsilə ləğv etdirərək, Sumqayıt Tibb Mərkəzində hazırda tutduğu vəzifəyə işə düzəlib. Məlumata görə, 2019-cu ildə E.Məmmədova Gürcüstan Respublikasının universitetlərinin birindən diplom alıb və 2021-ci ildə diplom Azərbaycanın təhsil naziri tərəfindən təsdiq edilib...

Sizinlə bağlı sual ondan ibarətdir ki, yuxarıda yazılanlar həqiqətdirmi və həqiqətdirsə, o zaman E.Məmmədova diplomu olmadığı vaxtlarda sizin rəhbəri olduğunuz tibb müəssisələrində hansı əsaslarla yüksək vəzifə tutub?


- Əvvəla, mən Astara Rayon Mərkəzi Xəstəxanasında çalışmağa başlayarkən Elnarə Arif qızı Məmmədova orada kadrlar şöbəsində qeydiyyatçı kimi çalışırdı. O, Şirvan şəhərində maliyyəçi ixtisası üzrə orta ixtisas təhsili almışdı və bunu təsdiqləyən diplomu vardı. O vaxt üçün aldığı təhsil buna imkan verdiyindən, sonradan həmin şöbədə mütəxəssis və şöbənin müdiri kimi fəaliyyət göstərdi.

2015-ci ildə Qobustan Rayon Mərkəzi Xəstəxanasında baş həkim kimi fəaliyyətimi davam etdirərkən həmin xəstəxanada kadrlar şöbəsinin müdiri vəzifəsi vakant olduqdan sonra E.Məmmədova və həyat yoldaşı, 1-ci Qarabağ müharibəsi veteranı Mehman Məmmədov - o vaxt artıq Bakıda yaşayırdılar - həmin xəstəxanada müvaqif işlə təmin olunublar.

Mən Şamaxı RMX PHŞ-yə direktor təyin olunandan sonra isə E.Məmmədovanın Qobustan RMX-nin yeni rəhbərliyi tərəfindən işdən kənarlaşdırılması, sonradan E.Məmmədovanın ona qarşı yönəldilmiş Əmək Məcəlləsinin 70-ci maddəsinin tətbiqinin məhkəmə vasitəsilə ləğvinə nail olması və Sumqayıt Tibb Mərkəzində işə düzəlməsi barəsində, sadəcə, eşitmişəm.

E.Məmmədova Qobustan RMX-də çalışarkən Gürcüstanda qiyabi ali təhsil alırdı və mütamadi təhsil məzuniyyəti götürərək, sessiyalarda iştirak edirdi. Diplomunun Təhsil Nazirliyində təsdiq edilməsi barəsində bilgim yoxdur.

- Qobustan və Astara Mərkəzi xəstəxanalarında rəhbər olduğunuz vaxtlarda külli-miqdarda dövlət əmlakının mənimsənildiyi (söhbət ümumilikdə iki milyon manat dəyəri olan inventarlardan gedir) barədə bəzi kütləvi informasiya vasitələrində ara-sıra yazılar dərc olunur... Yazılanları təkzib etmək üçün hansısa əsaslarınız varmı?

- Qobustan və Astara Mərkəzi xəstəxanalarında rəhbər olduğum vaxtlarda dövlət əmlakının mənimsənildiyi barədə yazılan bəzi yazılar, əfsuslar olsun ki, peşəsinə ciddi yanaşmayan, dövlət tərəfindən ifşa olunmuş müəyyən şəxslərlə əlaqəsi olan bəzi jurnalist vəsiqəsi gəzdirənlərin uydurmasıdır. İndiyə qədər adı çəkilən müəssisələrdə planlı şəkildə keçirilmiş maliyyə yoxlamaları zamanı təsdiqini tapmamış həmən məlumatlardan isə bu günə kimi bəzi qeyri-peşəkar və qərəzli insanlar tərəfindən yoxlanılmadan copy-paste prinsipi ilə istifadə olunur.

- Bir müddət əvvəl Qobustan RMX PHŞ-də Maliyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən yoxlamalar aparıldığı gündəmə gəldi. Nəticədə Publik Hüquqi Şəxsin direktoru Hüseyn Şahmalıyev vəzifədən kənarlaşdırıldı. Vaxtilə Qobustan RMX-də baş həkim işləməyiniz səbəbilə, aparılan yoxlamaların və nəticənin sizinlə bir bağlılığı oldumu?

- Qobustan Rayon Mərkəzi Xəstəxanasında Maliyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən yoxlamalar aparıldığından məlumatım var. Bu barədə müvafiq izahatlar verilib və bildiyim qədər aşkara çıxmış müəyyən nöqsanlar isə aradan qaldırılıb.

Qobustan RMX PHŞ-nin direktoru Hüseyn Şahmalıyev isə bildiyim qədər öz ərizəsi ilə tutduğu vəzifədən gedib və bunun yuxarıda qeyd olunan yoxlama ilə heç bir əlaqəsi yoxdur.

- Olub ki, KİV-də xəstələrlə, eləcə də işcilərinizlə münasibətdə qeyri-etikliyə yol verməyiniz barədə də məlumatlar yer alıb. Əlbəttə ki, rəhbərdən tam olaraq hər kəs razı qala bilməz... Sizcə, bunlar sizdən narazı qalan insanların mətbuata, cəmiyyətə sızdırdığı acıqdan doğan informasiyalardır, yoxsa hansısa qüvvələrin karyeranıza, şəxsinizə qarşı apardıqları qeyri-sağlam kampaniyanın nəticəsidir?

- Xəstələrlə, eləcə də əməkdaşlarla münasibətdə qeyri-etik hallar barəsində yazılar da dəqiqləşdirmədən verilən əsassız yazılardır. Qeyd etdiyiniz kimi, bunlar işə tələbkarlıqdan yaranan və işinə, xəstələrə, ona tapşırılan vəzifəyə məsuliyyətsizliyinə görə tənbeh olunan və bundan narazı qalan əməkdaşların mətbuata, cəmiyyətə sızdırdığı, acıqdan doğan informasiyalardır. Əfsuslar olsun ki, bəzi qüvvələr bu hallardan sui-istifadə edərək, şəxsimə qarşı qeyri-sağlam kampaniya aparırlar.

- Şamaxı RMX-də xəstələrə dövlət tərəfindən verilməli olan pulsuz dərmanların, sistemlərin, sistem tərkiblərinin, şəkər ölçən aparatların bəzən verilmədiyi barədə də məlumatlar dolaşır. Bu məlumatlar nə dərəcədə həqiqəti əks elətdirir?

- Şamaxı RMX-də imtiyazlı qrupa aid olan xəstələrə dövlət tərəfindən verilməli olan dərman preparatları, şəkərölçən vasitələr mütəmadi verilir. Dərmanların verilmə normativi Nazilər Kabinetinin müvafiq qərarları ilə tənzim olunur. Ancaq bəzən subyektiv olaraq müəyyən xəstələrin dərmanın normadan artıq verilməsini tələb etməsi, bəzən də ikinci qlükometr cihazını, eləcə də, imtiyazlı xəstələr üçün nəzərdə tutulmayan preparatları tələb etmələri müəyyən narazılıqlar yaradır. Lakin bunlara baxmayaraq, biz dövlətin sosial siyasətinə uyğun TƏBİB rəhbərliyinin birbaşa tapşırıqlarına əsasən hər bir pasiyentin qaldırdığı məsələyə diqqətlə yanaşırıq və qanunauyğun şəkildə həll olunmasına çalışırıq.

Fürsətdən istifadə edib, bir məsələni qeyd etmək istərdim ki, insanlarımız arasında “sistem” kimi tanınan venadaxili infuziya vasitələri ancaq stasionar şəraitdə, həkim və tibb bacısının nəzarəti altında vurulmalı olan preparatlardır. Dünyanın heç bir ölkəsində venadaxili infuziya şəklində olan preparatların ambulator, yəni ev şəraitində vurulması nəzərdə tutulmur.

Qeyd etdiyiniz yazıların əsassız olduğunun ən yaxşı təkzibi Qobustan RMX-nin COVİD pandemiyası vaxtı xüsusi təyinatlı müalicə xəstəxanası kimi fəaliyyət göstərdiyi dövrdə olub. Dəfələrlə xəstəxanamızda müalicə alan xəstələr tərəfindən göstərdiyimiz xidmət və ayrılıqda hər birimiz haqqında həm video, həm də yazılı formada məmnunluq, təşəkkür sözləri ifadə olunub.

- Sizi “müsavatçı” adlandıran şəxslərə də rast gəlmək olur... Bu barədə həqiqətləri öz dilinizdən eşitmək istərdik.

- Mən Yeni Azərbaycan Partiyasının aktiv üzvüyəm, başqa heç bir siyasi partiyanın üzvü deyiləm. Bildiyim qədər, mənimlə eyni ad və soyadı daşıyan müxalif fikirli insanların olması belə yanlış məlumatların yaranmasına səbəb olub.

Dəfələrlə ölkəmizin apardığı siyasətə uyğun olaraq, Dövlət Başçısından nümunə götürərək, öz siyasi həmfikirlərimizlə birlikdə cəbhə bölgəsində səfərlərdə olmuşuq. Vətən müharibəsi zamanı xəstəxanamızın əməkdaşları tərəfindən Müzəffər Əsgərlərimiz üçün toplanan sovqatları özümüz birbaşa döyüş bölgələrinə çatdırmışıq. Hazırda xidmət ərazimizdə yaşayan hər bir Şəhid ailəsi üzvünün, 1-ci və 2-ci Qarabağ müharibəsi Qazilərinin, müharibə iştirakçılarnın sağlamlığı TƏBİB rəhbərliyinin tapşırığına əsasən, daim qiqqətimizdədir və onlardan istənilən biri, istədiyi vaxt mənimlə birbaşa əlaqə saxlaya bilir, qaldırdığı məsələ qanunamüvafiq qaydada, operativ olaraq həllini tapır.

- Suallarımızı cavablandırdığınız üçün minnətdarlığımızı bildiririk.

- Sizi maraqlandıran bəzi məqamlara aydınlıq gətirmək baxımından, jurnalist etikasına uyğun olaraq, peşəkarlıq nümunəsi göstərərək, dəqiqləşdirmək üçün suallar ünvanladığınıza görə mən də Sizə öz minnətdarlığımı bildirirəm.

Söhbətləşdi: Seymur ƏHMƏD

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:52

İki prorektor işdən çıxarıldı

12:47

Azərbaycan Prezidenti TDT-nin Baş katibini qəbul edib

08:46

İmanov qardaşları həm də vəhhabi imiş - Sensasiya

14:43

TƏBİB və Səhiyyə Nazirliyi birləşdiriləcək?

19:31

Oktyabrın havası: isti, yağış...

11:07

Əhmədzadənin həbsi İspaniyada futbol dərsi alan azərbaycanlı uşaqlara zərbə vurub

10:58

İnflyasiya sürətlənəcək - İqtisadçı

10:58

Azərbaycan-Ermənistan sərhəddi Sovetlər zamanındakı xəritələrə uyğun müəyyənləşəcək - Sarkisyan

10:10

Adnan Əhmədzadə işi böyüdü - ŞOK TƏFƏRRÜAT

09:46

Müəllimləri aparan mikroavtobus aşıb, xeyli yaralı var

09:38

Tramp Putinə deyil, Zelenskiyə inanır

11:06

Cəlalabad şəhərinin adı dəyişdirildi

13:53

Məşhur futbol mütəxəssisi: “İnsan “Qarabağ”a həsəd aparır”

13:42

"Ağrı dağı" təsvirindən imtinanın səbəbi Türkiyə deyil - Paşinyan

13:32

Güclü yağış yağacaq, dolu düşəcək....

18:21

Kimlər məktəb direktoru ola biləcək? - Yeni QƏRAR - VİDEO

17:53

Rusiyanın növbəti saxtakarlığı - Bu dəfə idmanda

12:48

Hacı Murad Yegizarov ll Fəxri Xiyabanda dəfn ediləcək

12:44

BƏƏ Prezidenti Füzulidə qarşılandı

12:40

Marketlərdə, apteklərdə, klinikalarda bu şəxslərə endirimlər olacaq

12:30

Pensiyalar artırılacaq

19:30

Ərdoğan Bakıya görə Azərbaycanı təbrik etdi

14:15

Təhsil haqqı artımı şəxsi istəklə olmamalıdır - Deputat

13:37

Sürücülük vəsiqəsi ilə bağlı yeni QƏRAR

13:10

Leysan yağışlar yağacaq, temperaturlar enəcək

12:44

Təhsil naziri məktəblərdəki qanunsuzluqdan danışdı

13:59

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü - VİDEO

13:31

Rus generalın ölümündə Bakı ermənisi şübhəli bilinir

11:16

Alim Qasımovdan 5 milyon manatlıq villa ilə bağlı AÇIQLAMA

20:43

ƏYNİMDƏKİ YOL... - (poema)

18:47

Qazaxıstan Rusiyadan asılılığı azaldır: Çinlə 70 müqavilə...

18:23

İrəvan ermənilərə nəyə görə verilib? – Kuba jurnalı

17:57

Əliyevin mövqeyi Moskvanın narahatlığını artırdı - Putindən geriyə addım

14:20

Gürcüstanda Vaqif Sultanlının “Ölüm yuxusu” kitabı yayınlandı

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO