Xaçmazda Qudyalçay üzərindəki körpü çöküb. Bu barədə görüntülər yayılıb.
Görüntülərdə körpünün ikiyə ayrılması nəticəsində bir neçə maşının çaya aşdığı əks olunub.
Hadisə yerinə cəlb olunan FHN-in xilasediciləri 2 nəfəri sel sularından xilas edib. Hadisə ilə bağlı Xudat şəhər və ətraf kəndlərin Xaçmaz şəhəri və Bakı istiqaməti ilə nəqliyyat əlaqəsi dayandırılıb.(Bakupost.az)