"Vüqar Qurbanov təcili yardımı çökdürüb..." - Sabiq baş həkimdən şok ittihamlar

19:02 18.01.2024 1 792
"Vüqar Qurbanov təcili yardımı çökdürüb..." - Sabiq baş həkimdən şok ittihamlar

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Rauf Nağıyev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) məhkəməyə verib. Səbəb isə R.Nağıyevin 2023-cü ilin dekabr ayında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə işdən çıxarılmasıdır. Bakı İnzibati Məhkəməsinə müraciət edən​ Rauf Nağıyev işə bərpa edilməsini tələb edir.

Məsələ ilə bağlı danışan Rauf Nağıyev sensasion açıqlamalr verib. O, bildirib ki,​ bir neçə dəfə TƏBİB-ə təcili yardımla bağlı problemlərin həll edilməsi üçün təkliflər verib. Həmin təklifləri nəzərə almaq əvəzinə, onun özünü vəzifədən uzaqlaşdırıblar:

"Bakıda əhalinin sayı artıb. Təbii olaraq, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən çağırışların da sayı artıb. Poliklinikalar düzgün işləmir, xəstəxanalar bərbad vəziyyətdədir. Bunları gücləndirmək lazımdır ki, bütün güc təcili yardıma düşməsin. Bütün bu çətinliklərə baxmayaraq, mən neçə vaxtdır ki, 140 briqada ilə bu qədər çətin işin öhdəsindən gəlirdim. Hətta, pandemiya vaxtı da işimin öhdəsindən məharətlə gəldim. İkinci Qarabağ müharibəsi zamanı 38 briqadanı cəbhəyə göndərdilər. Orada da hər kəs bu briqadanın işindən danışdı. Mənim briqadama əsgərlər əl çalıblar ki, həkimlər gəliblər. Onların cəbhə bölgəsində yaralı əsgərlərə vaxtında tibbi yardımın göstərilməsində müstəsna xidmətləri var. Mən Əməkdar həkim, səhiyyə əlaçısı, Müdafiə Nazirliyinin təşəkkürnaməsini alan, Vətənə layiqincə xidmət edən həkiməm. Bütün bunlara baxmayaraq, bir aydır ki,​ məni Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasındakı işimdən uzaqlaşdırıblar.

Mənim əməyim niyə qiymətləndirilmədi? Bunlar nə edib, nə yaradıblar? Avtobazanı? 103-lə 113-ü birləşdiriblər, çabalıyırlar, hələ də bir iş görə bilməyiblər".


R.Nağıyev qeyd edib ki, o, işdən uzaqlaşdırdığı müddət ərzində təcili yardımın işi çöküb:

"Bir-iki aya əhali bunun nəticəsini görəcək. Tədricən təcili yardımın işi tamam çökəcək. Çünki texniki bazası yoxdur, köhnə bazanın üstündə işləyir. Artıq orada zəncir qırılıb. Hər kəs işə müdaxilə edir. İş qalıb qıraqda, bunlar çək-çevirlə məşğuldurlar. Təsərrüfat işi ilə məşğul olmaq işin təşkili deyil. İşin təşkili briqadaların sayının artırılması və əhaliyə vaxtında keyfiyyətli xidmətin göstərilməsidir. Dəfələrlə təkliflər yazıb təqdim etmişəm ki, hansı tədbirlər görülməlidir. Ancaq qəbul olunmayıb. Nə deyirdim, cavab bu olurdu ki, olacaq, eləyəcəyik. Axı, bununla iş getmir. Bir gün orada hansısa qəza baş versə, necə olacaq, vəziyyətdən necə çıxacaqlar?”

Sabiq baş həkim deyir ki, o, heç bir əsas olmadan vəzifəsindən uzaqlaşdırılıb:

“Mənin 63 yaşım var. 70 yaşına kimi işləyə bilərdim. Amma məni "əmək müqaviləsinin müddəti bitib" bəhanəsi ilə işdən uzaqlaşdırdılar. Ayın 14-ü işimə xitam verib, 15-i ünvanıma göndəriblər, 20-­si də məktub mənə çatıb. Bildiriblər ki, gəlib əmək kitabçamı götürüm. Əmək Məcəlləsinə görə, mən hələ fəaliyyətimi davam etdirməliydim. Əgər müqavilənin müddəti bitmişdisə və mən işdən azad olunacaqdımsa, iki ay öncədən mənə məlumat verilməliydi. İkincisi, mənə işdən azad olunmağımın səbəbi deyilməli idi. Əsas göstərilməliydi ki, məni hansı səbəbdən işdən azad ediblər. Əmək müqaviləsinin müddətinin uzadılmamasının səbəbi də deyilməli idi. ​Mənim kifayət qədər iş stajım var. Hansı əsasla mənə iş stajı müddəti qoyulur? Onların mənə müddət qoymağa heç bir ixtiyarları yoxdur axı. 2015-ci ildən mən bu işdə çalışıram. Nə olsun ki, müəssisənin tabeçiliyi dəyişdirilib. Axı, o həmin müəssisədir, mən həmin işdə və həmin işçilərlə çalışıram. Onların etdikləri qanunsuzluqdur, məmur özbaşınalığıdır. Qanunları bilmirlər. Müəssisəni Müşahidə Şurasının qərarı ilə birləşdiriblər. Bütün bunlar Baş nazirin müvafiq əmri, Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyinin razılığı ilə həyata keçirilməlidir. Belə-belə insanları məhv edirlər. Həkimi işə götürür, müddət qoyurlar, istədiklərinə iş verir, istədiklərini çıxarırlar. Mən hazırda işsizəm”.


Rauf Nağıyevin dediyinə görə, ölkənin pandemiyadan çıxmasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının böyük xidmətləri olub:

“Pandemiya vaxtı qapıları bağlayırdılar, xəstələri götürmürdülər. Amma biz həmin dövürdə əhalini vəziyyətdən çıxarmaq üçün rayonlardan xəstə daşıyırdıq. O dövrdə xəstəxanalarda nələr baş verdi, kimlər tutuldu, hamımız gördük, amma bizim heç bir qüsurumuz olmadı. Saatlarla xəstə qalırdı maşında, oksigen balonları daşıyırdım ki, xəstələr boğulmasın. Hələ o zaman min problem yaradırdılar. Azərbaycan dövlətinin qanunları qalıb kənarda, bunlar öz “qanunları” ilə işləyirlər. Əgər ​TƏBİB-­in icraçı direktoru Vüqar Qurbanov öz işini qiymətləndirsəydi, mənim işimə toxunmazdı”.

Rauf Nağıyev qeyd edib ki, o, illər öncə 20 Yanvar hadisələri,​ 1994-cü il martın 19-u və iyulun 3-də Bakı metropolitenində baş verən partlayış, Binəqədi rayonu ərazisində binanın yanması, Birinci və İkinci Qarabağ müharibələri zamanı xidmət göstərib:

“Hətta, bir neçə dəfə Prezident öz çıxışlarında təcili yardımın işindən, səmərəli fəaliyyətindən danışıb. Bizim briqada ölkədə təşkil olunan mötəbər yarışlar, olimpiadalar, tədbirlər zamanı səmərəli fəaliyyət göstərib. O vaxt mən Bakı Baş Səhiyyə İdarəsində müavin işləyəndə, nazir məni çağırıb, dedi ki, ölkədə olimpiada keçiriləcək, təcili yardım pis vəziyyətdədir. Get, oranı toparla, biabır olmayaq. Mən cəmi bir aya təcili yardımı qaydasına saldım. Bir aya mən orada az qala hərbi qayda-qanun yaratdım. O boyda işlərin öhdəsindən gəldim. Əgər işim, fəaliyyətim pis idisə, niyə o vaxt TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov yeni təyin olunanda məni işdən çıxartmadı. Üstündən bu qədər müddət keçdikdən sonra çıxartdı. Mən bu adamı əvvəldən tanıyırdım. Kiminsə kimdən xoşu gəlmir, dostudur, dostu deyil, şəxsən bəyənmir, müsbət və ya mənfi tərəfə fikirləri var, bu, şəxsi məsələlərdir. Şəxsi məsələləri işə qatmaq düzgün deyil. Şəxsi münasibətlər başqa, iş münasibətləri başqadır. Bunları bir-birinə qatmaq olmaz. Mənim də çox adamla dostluğum var, çox adamla gərginliyim olub. O başqa məsələdir, onun işə dəxli yoxdur. İşdə qanunlar, Əmək Məcəlləsi işləməlidir, şəxsi maraqlar yox. Ancaq bunlar özbaşına işlər görürlər. Ona görə də haqqımı məhkəmə qaydasında müdafiə edəcəyəm”.(Bakupost.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

12:06

Ərdoğan Əliyevi şəxsən dəvət edib

11:03

Bakıda kafedə kütləvi dava: ölən var

19:23

Batan gəmidəki azərbaycanlılar xilas edilib

19:11

Hava hücumuna görə Moskvada 4 aeroport bağlandı

13:37

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu ciddi mühafizə olunur

13:23

Üç türk respublikaları prezidentlərinin qızları bir arada

13:13

Dövlət Neft Fondunun aktivləri 74 milyard dolları keçib

12:27

Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı

13:54

Türkiyədə Azərbaycan kampaniyası bu faktı üzə çıxartdı

13:48

TƏBİB-in nazirliyə verilməsi nəyi dəyişəcək? - Yeni dövr başlayır

13:35

Bölgələrdə yağış yağacaq, dolu düşəcək

12:35

Farslar təhqir, “Traktor” imtina etdi

12:25

Fransada polis vəziyyətə nəzarəti itirdi

12:13

Direktorun maşınını yandıran daha bir nəfər saxlanıldı - VİDEO

12:01

Səhiyyə naziri işdən çıxarıldı, Baş nazirin müavini təyin edildi

11:56

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi

11:45

Yeni səhiyyə naziri təyin edildi

14:20

"Sağlam düşüncə və qardaşlıq hüququ qorunmalıdır" - Fuad Oktay

13:56

Ağsu sakini Məşğulluq idarəsinin müdirindən Prezidentə şikayət etdi - VİDEOMÜRACİƏT

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}