Bu gün Şamaxıda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad olunub. Ümumxalq Hüzn Günü ilə əlaqədar Şamaxı sakinləri Şəhidlər Xiyabanını ziyarət ediblər, Azərbaycanın suverenliyi uğrunda canından keçmiş şəhidlərin ruhuna dualar oxuyublar.
Becan.az xəbər verir ki, ETSN-nin yerli idarə əməkdaşları da şəhid məzarlarını ziyarət edənlər arasında olublar, 20 Yanvar şəhidləri başda olmaqla, Vətənin müstəqilliyi uğrunda həyatlarından keçmiş bütün şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.
Becan.az