"Xəzər" televiziyasının aparıcısı Aytən Səfərova yol qəzasına düşüb.
Bu barədə məlumatı "Report"a onun həmkarları təsdiq edib.
Bildirilib ki, hadisə paytaxtın Zığ şossesində Gənclik parkının yaxınlığında qeydə alınıb.
Belə ki, aparıcının idarə etdiyi “Hunday” markalı avtomobil digər minik avtomobili ilə toqquşub. Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb.
O, müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.
DİN Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, hadisə nəticəsində İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.