Mahaçqala və Dərbənddə keçirilən antiterror əməliyyatı başa çatıb.
Xəbər verilir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsindən məlumat verilib.
“İyunun 24-də saat 08:15-də Dağıstan Respublikasının Mahaçqala və Dərbənd şəhərlərinin inzibati sərhədləri daxilində antiterror əməliyyatının hüquqi rejimi ləğv edilib”, - deyə, məlumatda qeyd olunub.
Qeyd edək ki, iyunun 23-də Dağıstanda baş verən terror aktları nəticəsində 15-dən çox polis əməkdaşı öldürülüb. Antiterror əməliyyatı nəticəsində 5 terrorçu məhv edilib.
Becan.az