İyulun 10-da İsmayıllının bəzi ərazilərində su təminatının dayandırılması planlaşdırılır.Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, buna səbəb Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması ilə əlaqədar yolun bir hissəsindəki magistral su kəmərinin mühafizəsi və köçürülməsidir.
Becan.az