HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehranda öldürülüb.
Xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Bildirilir ki, bu gün səhər saatlarında Haniyənin Tehrandakı iqamətgahı raket atəşinə tutulub.
Hadisə nəticəsində HƏMAS lideri və onun mühafizəçilərindən biri də öldürülüb.
Araşdırmalara başlanılıb.
Hadisədən sonra İranın Ali Milli Təhlükəsizlik Şurası (TŞ) fövqəladə iclas keçirir.
İclasda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli zabitlərnin İslam Respublikasının Ali Rəhbəri Əli Xameneinin iqamətgahında keçirilən görüşdə iştirak etdikləri bildirilir.
Becan.az