Milli Premyer Liqada 19-cu tura yekun vurulub
Qol.az xəbər verir ki, son oyun günündə iki oyun keçirilib.
"Şamaxı" öz meydanında autsayder "Səbail"lə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib. Bu, "Səbail"in yeni baş məşqçisi Şahin Diniyevin Bakı təmsilçisində rəsmi debüt oyunu olub.
Digər matçda isə "Neftçi" səfərdə "Sabah"la qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0. Bu nəticədən sonra 3-cü pillədə qərarlaşan "Neftçi" lider "Qarabağ"dan 15, 2-ci yerdə olan "Sabah"dan isə 8 xal geri qalır.
Becan.az