Ermənistanda rus əsgərinin özünü başından vurması məlumatı yayılıb.
Ermənistan KİV-ə istinadən xəbər verilir ki, iyulun 10-da başından güllə yarası alan əsgər Gümrü şəhərinin tibb mərkəzinə aparılıb.
Zərərçəkmiş təcili əməliyyat olunub və hazırda reanimasiya şöbəsində komadadır. Həkimlər onun vəziyyətini son dərəcə ağır qiymətləndirirlər.
İlkin məlumata görə, yaralı Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazasının hərbçisidir. Onun Rusiya vətəndaşı Aleksey Q. (2002-ci il təvəllüdlü) olduğu müəyyən edilib.
İntihara cəhd variantının nəzərdən keçirildiyi bildirilir.
Becan.az