Başqa sözlə - erməni hiyləgərliyinin tarixi kökləri
Tarix dəniz kimidir- havadan, küləkdən, Günəşdən, Aydan asılı olaraq, hər gün bir sayaq görünür.
Tarix övlad kimidir- hər gün eyni görünə-görünə başqası olur.
Tarix qoca nənə kimidir - heç elə bil cavan olmayıb, anadan beləcə doğulub.
Tarix yaddaşdır - bir pəncərəsi keçmişə, bir pəncərəsi gələcəyə açılır.
(Kamil Vəliyev,
filologiya elmləri doktoru, professor)+++
Hadisələr arasındakı əlaqəni aşkara çıxaran tarixçinin işi hadisələrin mövcudluğunu müəyyənləşdirən filoloq-şərqşünasın işinin qurtardığı yerdə başlanır.
(Lev Qumilyov )+++
Hörmətli oxucu, ermənilərin tarixi Azərbaycan torpaqlarını işğal etməsi, xalqımızın başına misli görünməmiş faciələrin gətirilməsi bu günün, dünənin məqsədyönlü siyasətinin nəticəsi deyil. Əsrlər boyu düşünülmüş və planlı şəkildə həyata keçirilən bu məkrli siyasətin kökləri daha qədim dövrlərə gedib çıxır. Əsrlər boyu “dənizdən-dənizə” olan ərazidə “Böyük Ermənistan yaratmaq” ideyasının müəllifləri bu xülyanı hər yana səpələnmiş ermənilərin düşüncəsinə yeridə bilmiş və onu özlərinin milli siyasətinə çevirmişlər. Bu iyrənc siyasətin iç üzünü açmaq, həqiqəti ortaya qoymaq ziyalıların, elm adamlarının, birinci növbədə tarixçilərin mənəvi borcudur. Bu baxımdan, akademik Ziya Bünyadov aşağıdakı fakta diqqəti cəlb edir:
“VIII əsrin əvvəllərində erməni katolikosu İlya Xəlifə Əbdül-Malikə xəbərçilik edib, bildirmişdi ki, albanlar Xilafət əleyhinə Bizansla ittifaq bağlayırlar. Onda, Əbdül-Malik ərəblərin hərbi-siyasi qüdrətinə istinad edərək, Arran katolikoslarını İlyaya tabe etdi. Alban kilsəsinin Bizansa arxalanması ərəblərin heç xoşuna gəlmirdi. Buna görə də, ərəblər erməni katolikosluğunun xahişlərini böyük həvəslə qəbul edir və beləliklə, bir oxla “iki dovşan” vururdular. Yəni, Zaqafqaziyada Bizansın mənafeyinə qarışır və qriqoryan keşişlərindən yardım görürdülər: bu keşişlər isə Arranda öz mənafelərini yeridirdilər.
Böyük erməni patriarxı Albaniya paytaxtı Partava gəlib, böyük kilsədə oturdu və əmr etdi ki, Nersesi onun (Nerses - Alban katolikosu) hüzuruna gətirsinlər. Nerses İlyanın təkidilə yığıncağın ortasına, İlyanın hüzuruna gətirilir. Nerses padşahın əmri ilə sürgün edilir. Bu hadisəyə dözə bilməyən Alban katolikosu Nerses, 8 gün heç bir şey yemədi və öldü…”.
Bu fakt onu göstərir ki, erməninin marağı tələb edirsə, öz dini qardaşını belə məhv etməyə hazırdır.
Daha sonar, akademik Z.Bünyadov qeyd edir: “N.Vartapetovun qeyd etdiyi kimi, erməni kilsəsi “həmişə özü üçün yeni şəraitə bacarıqla uyğunlaşırdı və siyasi vəziyyətdən asılı olaraq, Səfəvilərə, sonra da rus çarına qulluq göstərirdi: necə ki, vaxtilə, eynilə, həmin qaydada hərəkət edib, Bizans imperatorları, İranın Sasanı şahları, Ərəb xəlifələri, monqollar və digərləri qarşısında baş əymişdi”.
Bir sözlə, erməni qriqoryan kilsəsi yarandığı gündən “din davası yox, dən davası” aparıb. Alban katolikosu Nersesin cəzalandırılmasından sonra, Alban katolikosluğunun sənədləri də Tərtər çayında məhv edilir. Odur ki, indiki nəsil “Alban tarixi”ni erməni dilindən edilmiş tərcümədən oxuyurlar. Mənə elə gəlir ki, bu hadisə tariximizə qarşı ən alçaq qəsd və soyqırımıdır.
Tarix elmi bütün dünyada ən çox vəsait xərclənən elmlərdəndir. Tarix nə tibb, nə biologiya, nə fizika, nə geologiya, nə də astronomiyadır. Bəs, onda bu qədər, yəni hər il milyardlarla pul niyə xərclənir? Tarix elmi ibrət üçündür. Bu məqsədlə Mirzə Yusif Qarabağinin “Qarabağnamə” əsərindən bir fakta diqqət yetirmək istərdim. Abbas Mirzə dayısı Əmir xan və vəliəhd oğlu Məhəmməd Mirzəni qoşunla Gəncəyə göndərir ki, erməni əsilli rus generalı Mədətovun qalaya girməsinin qarşısını alsın. Lakin Əmir xan Gəncəyə daxil olmur. Bu xəbəri eşidən Abbas Mirzə Sərdar Əmir xana öz əli ilə bir məktub göndərir. Əmir xana yazılan məktubun mətni belədir: “Əmir xan! Ey kişi! Şahın tacına and olsun, səni, Əmir xan, Cahanbəylərin gününə salaram. Ey kişi! Bidrus bəy Mədətovun dayısıdır. Sən də mənim dayımsan, gör, o, Şuşa qalasını təkbaşına necə saxlayır, sən isə qalanı qoşun və top gücü ilə saxlaya bilmirsən. A kişi! Bəlkə qorxursan ki, sən öləndən sonra övladların ac qalar, ondan qorxma, övladlarını, mən, ac qoymaram. Bəlkə əsir düşməyin fikirini çəkirsən, övrətinin sırğasını satıb, səni xilas edərəm, bu barədə fikir eləmə və qeyrət et! Vəssalam”.
Tarixdən daha bir örnək vermək istərdim. Ömrünün otuz ilindən çoxunu türklərin tarixinə həsr etmiş Lev Nikalayeviç Qumilyov bir tarixi faktı dilə gətirir. Böyük alim yazır:
“Valentinin 576-cı ildə gələn elçiliyi əvvəlkilərdən tamamilə fərqli şəkildə qarşılandı. Elçini səkkiz bölgə knyazından biri olan Türksat qəbul etdi. Valentinin təntənəli salamının cavabında, o, dedi: “Siz on dildən və bir yalandan istifadə edən həmin o romalılar deyilsinizmi?”. Bundan sonar, o, barmağının onu ilə ağzını tutub, sözünə davam etdi:
“İndi mənim ağzımda on barmaq olduğu kimi, siz romalıların da çoxlu dili var. Bu dillərin biri ilə siz məni, o biri ilə sadiq təbəələrim olan varxonitləri aldadırsınız. Sizin hökmdarınız mənimlə dostluq haqqında danışıqlar apara-apara, mənim qullarımla, öz ağalarının yanından qaçmış varxonitlərlə müqavilə bağladığına görə, vaxtı çatanda cəzasını alacaq”.
Hörmətli oxucu! Qərbin, Rusiyanın onun əlində maşa olan ermənilərin iyrənc əməlləri haqqında yüzlərlə, minlərlə kitab yazılsa da, azdır. Məqsədim, bəzi məqamları oxucuya çatdırmaqdır.
XIX yüz ilin II yarısından başlayaraq, “erməniləri qorumaq pərdəsi altında yaxşı təşkil olunmuş terror təşkilatları qurulmuşdu. 1872-ci ildə Vanda “Birlik və qurtuluş” adlanan erməni assosasiyası qurulur. 1882-ci ildə Vanda “Qara xaç” adlı başqa təşkilat qurulmuşdu ki, bunun da məqsədi erməni gənclərini silah və döyüş sursatı ilə təchiz etməklə, onları istənilən yerdə və istənilən zamanda qiyama təhrik etmək idi. 1887-ci ildə İsveçrədə bir neçə qafqazlı erməni tələbə tərəfindən “Hınçak” adlı komitə quruldu . Komitənin başçısı və üzvləri də Rusiya ermənilərindən ibarət idi. Sonra da komitənin qərargahı Londona köçürüldü. İlkin əməliyyatların keçirildiyi yer isə Şərqi Anadolu seçildi. Beləliklə, Osmanlı ermənilərinin taleyi türklərlə ermənilər arasında döyüş zəngini (“Hınçak” – döyüş zəngi deməkdir.) çaldırmağı öz üzərinə götürən bir neçə rus mənşəli erməni liderlərinin əlinə keçdi. Onlar komitənin istəyi əleyhinə çıxmağa cəsarət edən ermənilərə qarşı zor və hədə-qorxu gəlməklə, onları çox böyük müvəffəqiyyətlə Osmanlı Türkiyəsində çoxsaylı üsyan və iğtişaşlara təhrik etməyə nail oldular.
1890-cı ildə Tiflisdə “Daşnaksütyun” komitəsi yaradılır. “Daşnaksütyun” sözünün mənası “Erməni İnqilabı (Federasiyası) Assosiasiyaları Birliyi” deməkdir. “Daşnaksütyun” komitəsinin fəaliyyətinin ilkin mərhələsi Türkiyəyə terrorist qruplarının gətirilməsi, Türkiyə ermənilərinin silah və hərbi sursatla təchiz olunması, Türkiyədəki erməni kəndlərinin əhalisinə silah təlimi keçirilməsi, terrorist qrupların başına rəhbərlik edə biləcək liderlərin gətirilməsi, şərqi Anadolunun kürd əhalisini tovlayaraq, onları ermənilərlə birləşib, Osmanlı dövlətinə qarşı qaldırmaqdan ibarətdir. İğtişaş və üsyan qaldırmaq “Daşnaksütyun komitəsinin ana xətti idi. Komitənin üzvlərinə belə bir göstəriş verilmişdi: “Nə zaman və hansı şəraitdə olmasından asılı olmayaraq, qarşına çıxan hər türkü və kürdü oldür”.
“Daşnaksütyun” komitəsi də “Hınçak” komitəsi kimi erməni dissidentlərini terrora sövq edirdi. Komitə silahlı üsyançıların terrorçu fəaliyyətlərinə qarşı çıxan və komitə tərəfindən onlardan tələb edilən pulu ödəməkdən, komitəyə silah almaqdan imtina edərək, təşkilatdan uzaqlaşan soydaşlarına belə rəhm etmirdilər. Sempad Kaprilyan komitəyə pul ödəməkdən imtina edən ermənilər barədə bir neçə faktı qeyd edir.
Kaprilyan yazır ki, Avropada yaşayan varlı bir ermənidən erməni inqilabçılarına yardım üçün pul tələb etdikləri zaman, o, belə cavab vermişdi:
“Mən öz pulumla öz doğma vətənimin qatili olmaq istəmirəm”. Kaprilyan erməni uşaqlarının yetimlər evini idarə edən Camharyan adlı varlı bir erməninin, Moskvada “Daşnaksütyun” komitəsinin erməni terroristləri tərəfindən öldürdüyünü qeyd edir. Müəllif bildirir ki, bu şəxs də terrorçuların ondan pul istədikləri zaman, çox güman ki, eyni cavabı vermişdir.
Ermənistanın Azadlığı Uğrunda Erməni Gizli Ordusunun – ASALA-nın adını çəkmədən, erməni teror təşkilatlarının təsəvvür olunması natamam olar. Bu təşkilat digər erməni terror təşkilatlarından daha gənc olmasına baxmayaraq, ən təhlükəlisidir. ASALA soyuq müharibənin məhsuludur. O, Sovet İttifaqı tərəfindən himayə və idarə olunurdu. Çünki ASALA erməni məsələsindən daha çox, Sovet ittifaqının strateji maraqlarına xidmət edirdi. Sovet İttifaqı NATO-nun ən vacib üzvlərindən olan qardaş Türkiyənin məhv olmasında çox maraqlı idi. Bu təşkilatın bütün üzvləri “Böyük Ermənistan”ın bir hissəsi kimi, Şərqi Anadolunun Ermənistan SSR-yə birləşdirilməsi üçün mümkün terror əməliyyatlarını həyata keçirmək məqsədi ilə hazırlıq görmüşdülər. Bu strategiya Sovet İttifaqının strateji maraqlarına uyğun gəlirdi. Çünki Türkiyənin Şərqi Anadolunu itirməsi Rusiyanın Bosfor boğazı və Fars körfəzi vasitəsi ilə “İlıq sulara doğru” irəliləməsinə şərait yaradacaqdı. 1973-1986-cı illər ərzində ASALA-nın məsuliyyəti öz üzərinə götürdüyü türklər və türk maraqları əleyhinə törədilmiş çoxlu sayda terror əməliyyatları onların öz planlaşdırılmış məqsədinə çatmaq üçün necə inadla hərəkət etdiyini göstərir. Öz iyrənc planlarının icrası zamanı ASALA həm İranda yaşayan ermənilərin xidmətindən, həm də Fransada yaşayan zəngin ermənilərin dəstəyindən istifadə etmişdi. ASALA terrorçuları və Şərqi Anadoluda terror əməlləri törədən kürd terrorçularının Şimali İraqdakı təhlükəsiz sığınacaqları onlar arasında əlaqənin mövcud olmasına bariz sübutdur. Federal Tədqiqat Bürosunun (FBİ) rəhbəri Vilyam Vebster ABŞ-ın ədalət komissiyasında 1985-ci il üzrə FBİ-nın büdcəsi ilə bağlı məsələləri məruzə edərkən, ASALA-nın dünyada ən təhlükəli bir təşkilat olduğunu vurğulamışdı.
Erməniləri soyqırım yalanını işə salmağa vadar edən ən başlıca motiv onların torpaq və pul hərisliyidir. Soyqırım əfsanəsindən bir dəstək kimi istifadə etmək üçün bütün dünyanı gəzərək, insanları, xüsusilə din qardaşlarını bu mifə inandırıb, onların bacardıqca daha çox mərhəmətini qazanmaq üçün özlərini dünyada ən çox zülmə məruz qalmış xalq kimi qələmə verirdilər. Ermənilərin öz soydaşlarından və böyük dövlətlərdən iki başlıca xahişləri var idi: birincisi, Şərqi Anadolunun çox böyük bir hissəsinin ermənilərin vətəni kimi tanınması, ikincisi isə onları istər müsəlman, istərsə də xristian olan daimi qonşularının “düşmənçiliklərindən” qorumaq və yaşam üçün onlara açıq-aydın müntəzəm qaydada maddi pul yardımının göstərilməsi.
Mən, yuxarıda XIX yüz ilin sonlarına doğru bir neçə erməni terrorçu təşkilatının yaranması və məramları haqqında, qısa da olsa, məlumat verdim. Rusiyanın Van və Ərzurumdakı Baş Konsulu Moyevskinin “Xatirələri” erməni xislətini açmaq üçün yaxşı nümunələrdəndir. Mayevski qeyd edir:
“Şəhər ermənilərinin xasiyyətində, ehtimal ki, yalnız bu yaxınlarda meydana gələn, bəzi səciyyəvi cəhətləri qeyd etmək lazımdır. Azacıq təhsil görmüş, heç olmasa ibtidai məhəllə məktəbini bitirmiş şəhər ermənisi, ümumiyyətlə, erməni millətinin siyasi əhəmiyyəti haqqında həddən artıq yüksək fikrə düşür: onda seziləcək dərəcədə şöhrətpərəstlik, hədsiz sırtıqlıq tonu, ölçüyə sığmaz xüdbinlik, özündən müştəbehlik və belə bir məxsusi inam yaranır ki, əgər hazırkı dövrdə ermənilər böyük siyasi rol oynamırlarsa, bu, yalnız ona görədir ki, onlar Türkiyənin zülmü altındadırlar”.
Konsul daha sonra qeyd edir: “Erməni kəndlilərinin vəziyyəti bir qədər başqadır. Əvvəldə qeyd etdiyimiz kimi, onların əsas fəaliyyəti əkinçilikdən ibarətdir. Diyarda keçmiş zamanlardan bərqərar olmuş düzgün suvarma sistemi sayəsində, burada taxılçılıq yaxşı gəlir verir və firavan dolanacağı təmin edir. Cəsarətlə demək olar ki, Türkiyədəki erməni kəndliləri həmişə ərzaqla bolluca təmin edilmişlər və onların dolanacağı maddi baxımdan, heç olmasa, Rusiyanın orta zolağında yaşayan kəndlilərin dolanacağından yüksək olmuşdur. Lakin burada həm də bu faktı qeyd etmək lazımdır ki, Asiya Türkiyəsinin müsəlmanlar da daxil olmaqla, bütün kənd əhalisi kürdlərin azğın ünsürlərinin uğurlu oğurluq, soyğunçuluq, mal-qaranın aparılması və s. kimi özbaşınalıqlarından kifayət qədər mühafizə edilməyiblər, qorunmayıblar. Lakin bu, erməni kəndlilərinin daim kürd talanı təhlükəsi altında yaşadıqlarını söyləməyə haqq vermir. Həyat üçün həqiqətən bu cür, dözülməz şərait olsaydı, Türkiyənin erməni əhalisi hökmən müflisləşməli, qırılmalı və nəhayət, bəlkə də, kökü kəsilməli idi”.
Müəllifin erməni ruhaniləri haqqındakı fikirləri də olduqca maraqlıdır: “Erməni ruhaniləri haqqında bir neçə söz söyləyəcəm. Onların dini fəaliyyəti olduqca cüzidir, lakin bunun əvəzində onlar həmişə millətçilik ideyalarını himayə etmək zəminində əlindən gələni əsirgəmədən səylə çalışır. Şərqin başqa xristian xalqlarında olduğu kimi, ermənilərdə millətçilik ideyaları, yüzilliklər ərzində bir-birindən uzaq, lakin saysız-hesabsız monastrların himayəsi altında olmuşdur. Həmin monastrlarda keşişlər “Allah kəlamlarının” təbliğindən daha çox, xristianlarla müsəlmanların milli ədavətini müdafiə etmək üçün çalışırdılar. Kilsə məktəbləri və ümumiyyətlə, məktəblər bu sahədə ruhanilərə fəal kömək göstərirdi”.
Müəllif XIX yüz ilin 90-cı illərində Türkiyənin bir çox vilayətlərində yaranmış hərc-mərclik hallarının səbəblərini araşdırarkən, Qərb dövlətlərinin rolunu qeyd edir:
“Qərbin maarifçi dövlətləri tərəfindən həmin ideyaların (inqilabçı ideyaların – M.M.) amansız istismarı”. Bu baxımdan, İstanbuldakı fransız elçisi Kambonun 1891-ci ilin əvvəlində erməni məsələsinə dair dedikləri də maraqlıdır: “Londonda ermənilər yaxşı sığınacaq tapdılar. Qladston kabineti narazı erməniləri topladı, onları qruplaşdırdı, intizam, qayda-qanun öyrətdi və öz köməyini vəd etdi. Həmin vaxtdan təbliğat komitəsi Londonda bərqərar oldu və burada müvafiq təlqin-inandırma işləri görüldü. Erməni əhalisi içərisində olduqca sadə iki ideyanı yeritmək zəruri idi - “millətçilik ideyası və azadlıq ideyası”.
1890-cı ildə “Daşnak” partiyasının yarandığı vaxtdan erməni komitələri Türkiyədə qanlı olaylar yaradır, banklara hücumlar təşkil edir, iğtişaşlar törədir, hətta Sultan Əbdülhəmidə qarşı sui-qəsd təşkil olunur. Belə şəraitdə ortaya sual çıxır. Türkiyə hökuməti ermənilərin Türkiyənin dövlət əsaslarının dağıdılmasına yönəldilmiş bu cür fəaliyyətlərinə necə münasibət bəsləməli idi? Təbii ki, hər bir normal dövlət hakimiyyəti orqanları belə anarxiyaya yol verə bilməzdi. Türkiyə hakimiyyəti orqanları tələb olunan cəza tədbirlərini görəndə Qərb mətbuatı öz ənənəsinə sadiq qalaraq, Türkiyə hökumətinə qarşı şər, böhtan kampaniyasını zirvəyə qaldırdı. Sultan Əbdülhəmidə ləqəb tapıldı - “Qanlı Sultan Əbdülhəmid”.
Tarix çox fironlar, qanlı hökmdarlar, sərkərdələr və s. görüb. Elə yaxın qonşumuz Rusiyanı götürək. Rus çarlarından ikisi, İvan Qroznı, I Pyotr - hər ikisi oğul qatilidir. Fransız generalı Kavenyak Əlcəzairdə 2,5 milyon insan məhv edib. C.Vaşinqton, U.Çörçıll, B.İ.Lenin, İ.V.Stalin azmı qan töküb? V.İ.Lenin Romanovların sağ qalmış körpə uşaqlarını çayda buzun altında boğdurtdu.
Mehdi MƏMMƏDOV
(İsmayıllı rayonu, Hacıhətəmli kənd orta məktəbinin tarix müəllimi)