Məsuliyyətə cəlb edilən polkovnik, görün, kimin oğludur?

15:59 2.11.2024 1 561
Məsuliyyətə cəlb edilən polkovnik, görün, kimin oğludur?

Xəbər verdiyimiz kimi, Rasim İldırım jurnalist, “Bakutime.az” saytının təsisçisi olan Zaur Mirzəzadə və Qoşqar Məmmədovla əlbir olaraq bir nəfər zərərçəkən şəxsə qarşı xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir. Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

Rasim İldırım uzun müddət daxili işlər orqanlarında çalışıb, Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini olub, polis polkovnikidir. Onun karyerasının bitməsinə səbəb keçmiş Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayevlə görüşərək, onunla itən qardaşı haqda danışması olmuşdu.

Elşad Abdullayev o görüşün gizli görüntüsünü hadisədən 10 il sonra yaymışdı. Videoda Elşad Abdullayev Rasim İldırım ilə 2003-cü ildə itkin düşən qardaşı, MTN mayoru Mahir Abdullayevin azad olunması haqda danışıq aparır. Rasim İldırımzadə Elşad Abdullayevi inandırmağa çalışır ki, qardaşı Mahir Abdullayev sağdır və bir ay ərzində onu azad edəcəklər.

Rasim İldırım məşhur jurnalist Əli İldırımoğlunun oğlu, hazırda pensiyada olan məşhur prokuror Yusif İldırımzadənin və “Əmrahbank”ın təsisçisi Yunus İldırımzadənin qardaşıdır.

Yusif İldırımzadə həmçinin general-polkovnik, DİN-in sabiq rəhbəri Ramil Usubovla qudadır.

Zaur Mirzəzadə isə bundan öncə də həbs edilmişdi. 2022-ci ildə külli miqdarda dələduzluq işi üzrə Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə Z.Mirzəzadə 5 il azadlıqdan məhrumedilmə cəzası almış, məhkəmə zalındaca həbs olunmuşdu.

Xatırladaq ki, Rasim Əli oğlu İldırım bu ilin mart ayında mülki hüquq pozuntuları ilə əlaqədar Bəhruz Əfruz oğlu Məmmədov tərəfindən də məhkəməyə verilmişdi.(Axar.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

12:06

Ərdoğan Əliyevi şəxsən dəvət edib

11:03

Bakıda kafedə kütləvi dava: ölən var

19:23

Batan gəmidəki azərbaycanlılar xilas edilib

19:11

Hava hücumuna görə Moskvada 4 aeroport bağlandı

13:37

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu ciddi mühafizə olunur

13:23

Üç türk respublikaları prezidentlərinin qızları bir arada

13:13

Dövlət Neft Fondunun aktivləri 74 milyard dolları keçib

12:27

Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı

13:54

Türkiyədə Azərbaycan kampaniyası bu faktı üzə çıxartdı

13:48

TƏBİB-in nazirliyə verilməsi nəyi dəyişəcək? - Yeni dövr başlayır

13:35

Bölgələrdə yağış yağacaq, dolu düşəcək

12:35

Farslar təhqir, “Traktor” imtina etdi

12:25

Fransada polis vəziyyətə nəzarəti itirdi

12:13

Direktorun maşınını yandıran daha bir nəfər saxlanıldı - VİDEO

12:01

Səhiyyə naziri işdən çıxarıldı, Baş nazirin müavini təyin edildi

11:56

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi

11:45

Yeni səhiyyə naziri təyin edildi

14:20

"Sağlam düşüncə və qardaşlıq hüququ qorunmalıdır" - Fuad Oktay

13:56

Ağsu sakini Məşğulluq idarəsinin müdirindən Prezidentə şikayət etdi - VİDEOMÜRACİƏT

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}