M.Ə.Rəsulzadənin "Panturanizm haqqında" kitabı yayınlanıb

21:46 2.11.2024 2 128
M.Ə.Rəsulzadənin "Panturanizm haqqında" kitabı yayınlanıb

Bu günlərdə Azərbaycan Cümhuriyyətinin qurucusu, böyük siyasi lider Məhəmməd Əmin Rəsulzadənin "Panturanizm haqqında. Qafqaz məsələsinə dair" kitabı yayınlanıb. "Salman Mümtaz yayınları"nın nəşr etdiyi kitabı Azərbaycan türkcəsinə Vaqif Sultanlı və Əliheydər Yunisoğlu çeviriblər.

Qeyd olunmalıdır ki, M.Ə.Rəsulzadənin 1930-cu ildə Qafqaz İstiqlal Komitəsinin dəstəyi ilə Parisdə rus dilində yayınlanmış "Panturanizm haqqında. Qafqaz problemi ilə əlaqədar" kitabı böyük mütəfəkkirin siyasi-kulturoloji görüşlərinin öyrənilməsi baxımından son dərəcə önəmli qaynaqlardan biridir. Əsərin yarandığı dönəm istər Azərbaycan və Türkiyə, istərsə də digər türk xalqları tarixinin ən mürəkkəb, keşməkeşli dönəmi olduğundan problemə yanaşmada zamanın təsiri aşkar şəkildə duyulmaqdadır. Türkçülük və turançılıq anlayışlarının siyasi yöndə deyil, kulturoloji aspektdə dərk olunması zərurətinə söykənən "Panturanizm haqqında. Qafqaz problemi ilə əlaqədar" əsərinin rus dilində, həm də Paris şəhərində yayınlanması Rusiya mühacirətinin Fransada toplu halında məskunlaşması ilə bağlıdır.

Kitabın "Romantik düşüncədən gerçək birliyə" adlı ön sözündə professor Vaqif Sultanlı əsəri Türkçülük və çağdaş Turançılıq kontekstində dəyərləndirərək, yazır:

"M.Ə.Rəsulzadə əsərdə turançılıq ideyalarının Azərbaycanda, ümumən Qafqazda yayılmasının təbii səbəblərini önə çəkərək milli istiqlal məfkurəsinin onun kölgəsində gizlədilməsinə çalışan gizli və aşkar düşmənlərə qarşı özünün sərt mövqeyini sərgiləmişdir. Araşdırıcının fikrincə, ilk dönəmlərdə romantik səciyyə daşısa da, bu ideya zaman keçdikcə tarixi olayların axarında dəyişikliyə uğrayaraq gerçəkçi mahiyyət qazanmışdır. Lakin Türk Birliyinin yaranması həmişə öz aktuallığını qoruyub saxlayacaq zəruri vəzifələrdən biri kimi qalmaqdadır. Müəllif turançılıq ideyası altında ayrı-ayrı türk dövlətlərinin vahid imperiyanın çətiri altına girməsini deyil, öz bağımsızlıqlarını əldə etməsi, eyni məfkurəyə tapınmaqla yaranacaq mənəvi-kulturoloji birliyin nəzərdə tutulduğunu vurğulayır".


Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}