Vasif Talıbovun İrana 21 hektar ərazi bağışlaması təsdiqləndi - keçmiş “xanı” nə gözləyir?

12:05 14.02.2023 925
Vasif Talıbovun İrana 21 hektar ərazi bağışlaması təsdiqləndi - keçmiş “xanı” nə gözləyir?

Naxçıvanın “hədiyyə” edilən torpağının “Google Earth” görüntüləri açıq şəkildə göstərir ki, 2019-cu ilədək şərurluların istifadəsində olub; hüquqşünas və naxçıvanlı jurnalistlərdən çağırış: “Konstitutsion cinayətdir və dərhal Baş Prokurorluq məsələni nəzarətə götürməlidir”

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun 21 hektar ərazini İrana peşkəş etməsi artıq təsdiqlənməkdədir. “Yeni Müsavat” bildirir ki, hüquqşünas Ələsgər Əhmədoğlu sosial media hesabında bu faktı əks etdirən “Google Earth” görüntülərini yayıb. Onun sözlərinə görə, Naxçıvanın Şərur rayonu, Ərəbyengicə kəndi ərazisində Araz çayının yeri dəyişdirilərək İrana “hədiyyə” edilib. Belə ki, 21 hektar torpağın Google Earth görüntüləri bunu açıq şəkildə göstərir.

2019-cu ilədək Azərbaycanın ərazisi olan və şərurluların istifadə etdiyi otlaq sahələri İrana keçib. İran Arazın əsas axınının yatağının üzərini doldurub, həmin əraziyə körpü (torpaq yol) salıb və Azərbaycan tərəfin otlaqlarını qazaraq yeni axıntıya yer yaradıb. Bu Konstitutsion cinayətdir və dərhal Baş Prokurorluq məsələni nəzarətə götürüb, peyk görüntülərini xüsusilə 2019-dan sonrakı dövrləri incələyib, insan müdaxiləsini aydın sübut etməli və ərazilər 2019-cu ildəki yerinə qaytarılmalıdır”, - deyə Ə.Ələsgəroğlu qeyd edib.

V.Talıbovun Araz çayının yerini dəyişərək İrana torpaq verməsi haqda bundan əvvəl də məlumatlar yayılmışdı. Əgər prokurorluq orqanlarının istintaqı zamanı təsbit edilərsə, bu, vətənə xəyanətə bərabər hadisə kimi qiymətləndirilməlidir. Üstəlik, İranın Azərbaycana açıq düşmənçilik etdiyi bir zamanda Naxçıvanın keçmiş “xanı” 21 hektar ərazini pay-püş edibsə, onun barəsində cinayət işi açılması belə istisna deyil. Qeyd edək ki, “Dövlət sərhədi haqqında” Qanunun 3-cü maddəsinin 3-cü bəndinə görə, çaylarda dövlət sərhədi onların ortası və ya çayın əsas qolunun ortası üzrə müəyyən edilir. Azərbaycanla İran sərhəddi demarkasiya və delimitasiya edilərkən də bu prinsip əsas götürülüb - Araz çayının ortası dövlət sərhəd xətti kimi müəyyən olunub. Lakin təxminən il yarım əvvəl ağır texnikanın köməyi ilə barəsində danışdığımız istiqamətdə Araz çayının əsas yatağının dəyişdirilməsi işlərinə başlanılıb. Sərhədyanı kəndlərdə yaşayan sakinlərin bildirdiyinə görə, həmin vaxt həm Naxçıvan rəhbərliyindən olan şəxslər, həm də İranın dövlət qurumlarının nümayəndələri əraziyə toplaşıblar.

Bundan sonra əraziyə ağır texnikalar cəlb olunaraq Araz çayının əsas qolunun önü kəsilib, su Azərbaycan tərəfdə olan çökəkliyə yönləndirilib. Kənd sakinlərinə isə bildiriblər ki, məqsəd həmin hissədən körpü salmaq və beləliklə də qonşu ölkəyə gediş-gəlişi daha da rahatlaşdırmaqdır. Amma bir müddətdən sonra məlum olub ki, heç bir körpü tikintisi aparılmayıb və görülən işlər nəticəsində Azərbaycan ərazisi İran tərəfə keçib. Bir müddət əvvəl deputat Qüdrət Həsənquliyev çağırış etmişdi ki, Sputnik vasitəsilə çəkilmiş şəkillərdə öz əksini tapmış bu faktlar dərhal araşdırılmalı və təsdiqini taparsa, bu cinayətdə iştirak etmiş hər kəs Cinayət Məcəlləsinin 274-cü maddəsi əsasında dövlətə xəyanət ittihamı ilə, yəni dövlətin ərazi toxunulmazlığına qarşı cinayətkar qəsdə görə təqsirləndirilib, ömürlük azadlıqdan mərhum edilməli və dövlət sərhədləri təxirəsalınmadan bərpa olunmalıdır. İndi isə “Google Earth” görüntülərindən bəlli olur ki, Talıbovun hakimiyyəti dövründə ərazilərimizin 30 hektarı mənfur İrana keçib.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO