Şəhid ailələrinə necə ehtiram göstərməli...

21:49 26.02.2023 1 256
Şəhid ailələrinə necə ehtiram göstərməli...






Rövşən ŞİRALIYEV






Dünyada mövcudluğunu qoruyub saxlamış elə bir xalq yoxdur ki, onun varlığı uğrunda övladları canlarını qurban verməsinlər. 90-cı illərdən bizim də leksikonumuza “şəhid” ifadəsi daxil oldu. Azadlığımız, müstəqilliyimiz uğrunda canlarından keçmiş övladlarımızı “şəhid” adlandirmaqla, həm də tarixi keçmişimizdə həlak olan vətən ogullarını xatırladıq. Bu gün həm Dövlət, həm Xalq tərəfindən şəhidlər və onların ailələri yad edilir, ehtiram göstərilir.

Daha nə etmək olar?..

Dərin, ensiklopedik biliklərə malik yazıçımız Y.V.Çəmənzəminlinin "Qızlar bulağı" tarixi romanında bir epizod diqqətimi cəlb etdi, düşündürdü məni. Demək, "Qoç" qəbiləsindən olan gənc oğlanlar qəbilə ağsaqqalları önündə sağlamlıq imtahanı verib, ailə qurmaq üçün "Xoruz" qəbiləsinə getməmişdən öncə qəbilədəki sonsuz, kimsəsiz qadınları ziyarət edir, onların xeyir-duasını alırlar. Müəllif təsvir edir ki, gənclər sonsuz qadını ziyarət edərkən, ona hədiyyələr, gül-çiçək aparır, onun ev-eşiyini silib-təmizləyirlər, həyət-bacasına əl gəzdirirlər, ehtiyac varsa, odun dograyırlar... Bir sözlə, qadının evində olan problemləri həll edib, sonra süfrə açır, gətirdikləri hədiyyələri süfrəyə düzürlər və qadından xeyir-dua alırlar. Sevinc içində olan qadın gənclərə üzünü tutub deyir:

- Oğullarım, sizdən çox razıyam. Əmdiyiniz süd halal olsun! Gedin, evlənin, xoşbəxt olun!

Bu adət hər il təkrar olunur, gənclər dərdli qadınların xeyir-duasını aldıqdan sonra qonşu qəbiləyə yola düşürlər...

Tarixi min illər öncəyə gedib çıxan bu adəti bizim ailə quran bu günkü gənclərimiz də gerçəkləşdirə bilərlər. Ya toy günü, ya da toydan bir gün öncə ailə quracaq gənclər dostları, rəfiqələri ilə birlikdə yaxın ərazilərdə yaşayan şəhid ailələrinə baş çəkib, Vətən yolunda övlad itirmiş ata-analara ehtiram göstərə, onlara kiçik də olsa, hədiyyələr, gül-çiçək dəstələri bağışlayıb, xeyir-dua ala bilərlər. Tale elə gətirib ki, şəhidsiz nə bir kəndimiz, nə bir şəhərimiz var. Ürək ağrıdan bir cəhət də odur ki, əksər ailələrin tək övladları şəhid olub. Onların daha çox qayğıya, ehtirama ehtiyacları var.

Arzuları çilik-çilik olmuş ata-anaları, gəlinləri, gözləri yolda qalan uşaqları sevindirməkdən, yad etməkdən böyük mədəniyyət təsəvvür etmək mümkün deyil, məncə...

Daha bir faciənin xatirə acısını yaşayırıq bu gün - Xocalı faciəsinin!..

Xocalı faciəsinin qurbanları da daxil olmaqla, bütün şəhidlərimizə Tanrıdan rəhmət, övlad, ər, ata-ana, bacı-qardaş itirmiş bütün yurddaslarımıza isə səbr diləyirəm!

Bu Vətən, bu Millət durduqca, Şəhidlərimiz ehtiramla yad olunacaq!
Oxşar xəbərlər

XƏBƏR LENTİ

10:38

TƏBİB-in yeni icraçı direktoru vəzifə islahatlarına başladı

10:21

ABŞ-İran nümayəndə heyətləri Pakistanda görüşəcək - 2-ci raund

09:37

Estoniya Rusiyadan hücum gözləmir, amma...

13:34

On milyon ton taxılın sorğu-sualı... - Baş Prokurorluqda dindirilmə

13:22

Heyvan idxalı azalıb: Ət yenə bahalaşacaq?

12:41

Netanyahudan İranla bağlı açıqlama: "Bu, son deyil..."

12:09

Əli Əsədovla bağlı suala Elmar Məmmədyarovun cavabı

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO