Yeni Kaledoniyanın azadlıq mübarizləri Bakıdan dünyaya çağırış edib: “Müstəqilliyimizi tanıyın!” - FOTO

21:22 2.03.2023 1 232
Yeni Kaledoniyanın azadlıq mübarizləri Bakıdan dünyaya çağırış edib: “Müstəqilliyimizi tanıyın!” - FOTO

“Yeni Kaledoniya xalqı Fransanın müstəmləkəçilik zülmündən xilas olacağı günü səbirsizliklə gözləyir”.

“Report” xəbər verir ki, bunu Yeni Kaledoniyanın xarici məsələlər üzrə daimi müvəkkili Mikael Forrest AzTV-yə müsahibəsində deyib.

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün Bakıda səfərdə olan M.Forrest vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdəki çıxışı onlar üçün çox pozitiv mesaj olub.

Daimi müvəkkil söyləyib ki, Yeni Kaledoniya xalqı onillərdir Fransa müstəmləkəsindən azad olmaq üçün mübarizə aparır.

“Biz, Fransaya qarşı apardığımız azadlıq mübarizəsində, Bandunq prinsiplərinə uyğun olaraq, suverenlik hüququmuzun dəstəklənməsini istəyirik. Hesab edirik ki, illərdir xalqımızın hüquqları pozulub. Fransa və onun müstəmləkəçi siyasəti ilə bağlı bir sıra problemləri Bakı platformasından dünyaya çatdırmağı vacib sayırıq. Ərazi bütövlüyümüz və suverenliyimiz ilə bağlı yaranan maneələr aradan qaldırılmalıdır. Xalqımızın adından çıxış edərək bütün dünyaya Fransanın bizə yaşatdığı məhrumiyyətləri çatdırıram”, - M.Forrest deyib.

Onun fikrincə, Fransa rəhbərliyinin qardaşlıqdan, xalqların dostluğundan danışması paradoksal haldır və reallıqdan çox uzaqdır.

Yeni kaledoniyalı diplomat buna nümunə kimi Fransanın Əlcazairdə törətdiyi soyqırımlarını göstərir.


M.Forrest söyləyib ki, ən azından Fransanın Əlcazairdə və digər ərazilərdə yaşayan xalqlara qarşı törətdiyi qırğınları unutmaq olmaz:

“Rəsmi Paris müasir dönəmdə də neokolonolist siyasətini davam etdirir. Azərbaycan Prezidenti də çıxışında açıq şəkildə Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırdı. Dövlət başçısı bu ərazilərdə yaşanan ağır vəziyyəti beynəlxalq tribunadan dünya ictimaiyyətinə çatdırdı. Ümidvarıq ki, Azərbaycan dövləti bizim haqlı mövqeyimizi sonadək müdafiə edəcək və beynəlxalq ictimaiyyətdən də bu məsələdə gözləntilərimiz böyükdür”.

Ölkəsinin tarixindən danışan diplomat qeyd edib ki, Yeni Kaledoniya 1986-cı ildən BMT-nin qeydiyyatından keçmiş ölkələrdən biridir:

“Bu təsisat tərəfindən açıq formada qeyd olunub ki, Fransa müstəmləkəçiliyinə son qoyulmalıdır. Bakı platformasından haqq səsimizi çatdırırıq və Fransaya qarşı beynəlxalq təzyiqlərin artacağına ümid edirik. Yeni Kaledoniya xalqı müstəmləkəçilik zülmündən xilas olacağı günü səbrsizliklə gözləyir”.

M.Forrest bütün dünyanı Yeni Kaledoniyanın azadlıq mübarizəsinə dəstək verməyə çağırıb.


O, deyib ki, müstəmləkəçiliyə qarşı təkcə bir dövlət deyil, bütün beynəlxalq birlik mübarizə aparmalıdır:

“Biz Azərbaycanda bir neçə dəfə səfərdə olmuşuq. Eyni zamanda, ABŞ-ın Nyu-York ştatında da Azərbaycan nümayəndə heyəti ilə görüşlərimiz olub. Görüşlərimiz zamanı yaşadığımız problemlər barədə ətraflı məlumat vermişik. Hazırda Sakit okeanın cənub-şərqində hansı proseslərin getdiyi də hamıya məlumdur. Təəssüflər olsun ki, hazırda bizim Fransa müstəmləkəçiliyinə qarşı fəal mübarizə aparmaq üçün nə iqtisadi, nə də ki, hərbi gücümüz var.

Yeni Kaledoniya xalqı olaraq, qlobal təşəbbüslərin müəllifi olan və Qoşulmama Hərəkatına uğurla sədrlik edən Azərbaycanın bu quruma sədrliyi dövründə üzləşdiyimiz problemin həlli istiqamətində mühüm irəliləyişə nail olunub”.

Qeyd edək ki, Yeni Kaledoniya artıq 50 ilə yaxındır müstəmləkədən azad olmaq, tam suveren olmaq, öz müqəddəratını təyin etmək arzusunu ifadə etsə də, Fransa bu arzunu boğur. Digər ölkələrdə separatçıları, cinayətkar rejimi dəstəkləyən Paris, özünün müstəmləkəsində olan və müstəqillik arzusu ilə yaşayan kaledoniyalıları əsarətdə saxlamaqda davam edir.

1998-ci ildə imzalanmış Numea sazişinə görə, Yeni Kaledoniya müstəqilliyinə qovuşmaq üçün 3 referendum keçirməlidir. Fransadan 17 min kilometrə qədər uzaqda yerləşən və onun dənizaşırı ərazisi hesab edilən Yeni Kaledoniyanın müstəmləkədən çıxması üçün kaledoniyalılar 2021-ci ilin dekabrın 12-də 3-cü və sonuncu referendumu keçirib. Xalq müstəqilliyə səs verib.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO