Türkiyədə müxalifət partiyalarının “Altılı masa”sı prezidentliyə vahid namizədi bu gün müəyyənləşdirib.
Musavat.com Azpost.info-ya istinadən bildirir ki, bununla bağlı “Altılı masa”da iştirak edən siyasi partiyalar bəyanat imzalayıb.
Partiya sədrlərinin imzaladığı sənəddə deyilir ki, “Millət İttifaqı”nda birləşən partiyalar prezident seçkilərində vahid namizədlə iştirak edəcək.
“Vahid namizəd və “yol xəritəsi” mövzusunda ortaq rəyə gəldik. Sədrlər partiya rəsmilərini məlumatlandırdıqdan sonra 6 mart tarixində vahid namizədin adı açıqlanacaq. Bununla bağlı “altılı masa” Səadət Partiyasının qərargahında yenidən bir araya gələcək”, - deyə, Bəyanatda vurğulanır.