Napoleonun qadınlara qarşı qadağaları – Məşhur məcəllə

17:08 8.03.2023 1 030
Napoleonun qadınlara qarşı qadağaları – Məşhur məcəllə

Napoleonun qadınlarla münasibətlərinə dair xəbərlər ağızdan-ağıza dolaşdığından, çoxlarına məlumdur. Lakin onun qadınlara hüquq müstəvisində münasibəti əksər azərbaycanlılar üçün naməlumdur.

1804-cü ildə Fransada qəbul edilən Mülki Məcəllə (Code civil) bir çox ölkə üçün istinad mənbəyi oldu. “Napoleon məcəlləsi” də deyilən bu qanun sistemi qadını tam hüquqi qabiliyyətsiz etmişdi. Məcəllənin 1124-cü maddəsində deyilirdi: "Həddi-büluğa çatmayanlar, evli qadınlar, əqli xəstələr və cinayətkarlar siyasi hüquqlardan məhrumdurlar".

Bu məcəllədə yer alan qadına qarşı diskriminasiyaların ləğvi ötən əsrin 80-ci illərində başa çatdı.

Fransız mənbələrinə istinadla, Napoleonun qadınlara qarşı bəzi qadağalarını təqdim edirik:

- Ali və orta məktəbə qəbul olmaq;

- Müqavilə imzalamaq, öz əmlakını idarə etmək;

- Ərinin razılığı olmadan işləmək;

- Qəyyumun nəzarəti olmadan maaşını almaq;

- Ərinin rəsmi icazəsi olmadan səyahət etmək.



Bundan əlavə, qadın bütün siyasi hüquqlardan məhrum idi. Lakin cinayət törətdiyi halda, qadın hüquqi qabiliyyətsiz və ya həddi-büluğa çatmayan şəxs hesab edilmirdi. Xəyanətə görə qadınlara çox ağır cəzalar verilirdi. Nikahdankənar doğulanların və tənha anaların isə heç bir hüququ yox idi.

Bu məcəllə 19-cu əsrin ortalarıdan Avropada qadın hərəkatlarının başlaması ilə nəticələndi. 8 mart da bu məcəllənin nəticəsində ortaya çıxıb desək, yanılmarıq.

Fransada qadının hüquq qabiliyyətsizliyi 3-cü Respublika dövründə - 1938-ci ildə ləğv edildi. İşləmək üçün ərdən icazə alınması tələbinin ləğvi isə 1965-ci ildə baş verdi.

Fransız qadınlar seçki hüququnu 1944-cü ildə əldə etdilər - Azərbaycandan 26 il sonra.(Lent.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO