Dövlət Gömrük Komitəsinn (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin sabiq rəisi, general Məsum Rəsulov və DGK yanında “Azərterminalkompleks” Birliyinin sabiq direktoru, general Ehtiram Xəlilov barəsində seçilmiş həbs qəti-imkan tədbiri ləğv edilib.
Məlumata görə, Məsum Rəsulov və Etiram Xəlilov azadlığa buraxılıblar.
Qeyd edək ki, bu il yanvarın 5-də Səbail Rayon Məhkəməsində keçirilən iclasda istintaq orqanının vəsatətləri əsasnda onların həbs müddəti 3 ay uzadılmışdı.
Generallar Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurdular.
Təəccüb doğurur ki, onların azadlığa buraxılması sabiq DGK şefi Səfər Mehdiyevin ad günü ilə eyni vaxta təsadüf edib. Maraqlıdır, bu olay generalın öz ad gününə sürprizi sayıla bilərmi?(Bakıpost)