Kürdəmirin sabiq icra başçısı azadlıq istəyir

11:32 8.02.2023 1 795
Kürdəmirin sabiq icra başçısı  azadlıq istəyir

Hüquqşünas deyir ki, məhkəmələrin sabiq icra başçılarına münasibətdə tutduğu mövqe yürüdülən dövlət siyasətinə ciddi ziyan vurur

Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov və onunla birgə tutulan digər sabiq vəzifəli şəxslər barəsindəki hökmdən kassasiya şikayəti verilib. Məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkumlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər. Şikayət hakim Tahir Kazımovun sədrliyi araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası fevralın 8-nə təyin edilib. Sabiq icra başçısı və rayonun digər vəzifəli şəxsləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2020-ci ilin avqust ayında keçirilən əməliyyatla saxlanılıblar.

Keçmiş vəzifəli şəxslər Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə), 179.3.2 (mənimsəmə külli miqdarda törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunublar.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov 8 il 6 ay, rayon mərkəzi xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon təhsil şöbəsinin müdiri Mətləb Allahverdiyev, təhsil şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il üç ay, yaşıllaşdırma idarəsinin rəisi Emin Sadıqov 4 il, mənzil istismar sahəsinin rəisi Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum edilib. Kommunal Müəssisələr Kombinatının direktoru Məhəmmədəli Surxayev isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması şərti ilə 2 min manat cərimə olunub.

Şirvan Apelyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

9 aya yaxın davam edən araşdırmadan sonra məhkəmə ittiham olunan şəxslərə münasibətdə Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsinin tətbiq edilməsi qənaətinə gəlib. Məhkəmənin qərarı ilə sabiq icra başçısı Ceyhun Cəfərovun cəzası 6 ilə endirilib. Bundan başqa, sabiq icra başçısı ilə birgə tutulan İH başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimovun cəzası 5 il 10 aya, rayon mərkəzi xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon təhsil şöbəsinin müdiri Mətləb Allahverdiyev, təhsil şöbəsinin baş mühasibi Rəcəb Hüseynovun cəzası 5 il 6 aya, yaşıllaşdırma idarəsinin rəisi Emin Sadıqovun cəzası isə 2 ilə endirilib.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, məhkəmələrin sabiq icra başçılarına münasibətdə tutduğu mövqe ümumilikdə, yürüdülən dövlət siyasətinə ciddi mənəvi ziyan vurur: “Bu adamlar vəzifədə olduqları müddətdə dövlət siyasətini sabotaj etməklə vətəndaşların rifahına çox ciddi ziyan vurublar. Səhiyyəyə, təhsilə, demək olar ki, həyatın bütün sahələrinə dövlət büdcəsindən ayrılan vəsaitləri mütəşəkkil cinayətkar quldur dəstə şəklində mənimsəyiblər. Bundan sonra nə baş verib? Elə Kürdəmir rayonunu götürək - vətəndaşlar çox çətin şərtlərdə yaşamağa məhkum olunublar. Halbuki Azərbaycan dövlətinin büdcəsindən vətəndaşın rifahı üçün külli miqdarda pul çıxıb. Nə baş verib? İcra başçısı həmin pulları oğurlayıb, öz oğurluğuna təhsil, səhiyyə şöbələrinin müdirlərini, öz müavinlərini, şöbə müdirlərini, bir sözlə, tabeliyində olan hər kəsi şərik edib. İcra başçısını əməliyyat qurub tutublar, vətəndaşa da deyiblər ki, bəs oğurluq edirdi, onu tutduq. Vətəndaş da oturub gözləyir ki, başçıya bu oğurluqlara görə layiqli cəza verəcəklər. Cəza verirlər və az sonra da Ali Məhkəmə onu açıb buraxır. Burada vətəndaş nə başa düşür? Anlayır ki, icra başçısının oğurluqlarına məhkəmə hakimiyyətində də əl uzadanlar tapılıb. Yəni başçıdan pul alıb onu azad edirlər. Nəzərə almaq lazımdır ki, korrupsiyaya görə həbs edilən məmurların cəzasının sonradan azaldılması, onların azad edilməsi praktikası geniş yayılıb. Bu sanki bir tendensiya halını alıb. Belə ki, daha əvvəl apelyasiya və ali məhkəmə instansiyalarında Yevlax rayonunun həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun, Şirvan Apelyasiya Məhkəməsində Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyevin də cəzaları azaldılıb, bir sıra mülkləri özlərinə qaytarılıb. Xüsusi xidmət orqanları, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi məmurları tutur, onlara birinci instansiya məhkəməsində ağır və haqq etdikləri cəzalar verilir, amma sonra yuxarı instansiya məhkəmələri cəzalarını azaldır, korrupsiya yolu ilə əldə etdiklərini də özlərinə qaytarır. Əlbəttə, bu son deyil, 3-6 ilə endirilmiş cəzanın hamısını da yatmayacaqları ehtimalı var. Onlar ya cəzasının üçdə ikisini çəkmələri şərti, yaxud yerli məhkəmə ilə 2-3 il yatdıqdan sonra azadlığa çıxmağa da nail ola bilərlər, bu cür güzəştli davranışla. Ölkəmizdə korrupsiya və rüşvətxorluqla mübarizənin daha da sərtləşdirilməsi bir siyasi xəttə, iradəyə çevrildiyi vaxtda, məhkəmələrin korrupsionerlərə güzəştlər tətbiq edir. Digər rüşvətəmeylli məmurlar da düşünəcək ki, milyonları yığacaq, sonra 2-3 il həbsdə yatdıqdan sonra çıxıb ömrü boyu kef edəcək”.

Hüquqşünas deyir ki, məhkəmə sisteminin özünün korrupsiya və rüşvətə bulaşmasına dair deyilənlər də göz önünə gəlir: “Əslində isə korrupsioner məmurlara qarşı mübarizənin lap əvvəlində elan olundu ki, kimsəyə güzəşt olunmayacaq. Bu gün Azərbaycan məhkəmələrində tam bir əks proses gedir. Böyük bir rayonu çapıb talayan, 10 milyonlarla maddi ziyan vuran, əhalinin sosial-iqtisadi vəziyyətini daha da çətinləşdirən bir icra başçısına maksimum 10 il cəza verilir, sonra cəzası 6 il endirilir. Ceyhun Cəfərov və başının dəstəsi Kürdəmirdə rəhbər vəzifələrdə olarkən milyonlarla manat büdcə pulunu ələ keçiriblər. İndi də adamları açıb buraxmaq istəyirlər. Çox təəssüflər olsun ki, burada da korrupsiya əlamətləri var. O həbslər böyük korrupsiyaların qarşısını almalı olduğu halda kimlər üçünsə şirnikləndirici bir korrupsiya prosesinə çevrilib. Bu proses başlayanda korrupsioner məmurlar xof, qorxu içində idilər. Düşünürdülər ki, gec-tez qara maskalılar onların da kabinetində əllərinə qandal taxacaqlar. O zaman bir çox icra başçıları, məmurlar korrupsiyadan yayınmağa çalışırdılar. İndi isə məhkəmələrin qəbul etdikləri hökm və qərarları görüb qollarını çırmalayıb büdcə pullarını əvvəlkindən daha rahat, daha iştahlı şəkildə basıb yeyəcəklər”.

Hüquqşünas deyir ki, həbsə düşən korrupsioner icra başçılarının, məmurların bu şəkildə azad edilməsi dövlət büdcəsinin daha böyük həcmdə mənimsənilməsinə yol açacaq: “10 milyonlarla manat oğurlayan icra başçısı həbsə düşür və 2-3 milyon xərcləməklə azadlığa çıxır. Əlində qalan pulları da götürüb gedir xaricdə qurduğu biznesini idarə etməyə. Ortada Azərbaycan dövləti gülünc vəziyyətə düşür, işsiz-gücsüz Azərbaycan vətəndaşının rifahı isə daha da ağırlaşır. Digər icra başçısı da baxır ki, büdcə pullarını oğurlayanlar məhkəmədən azad edilməklə kef içində yaşamaqda davam edirlər, onlar da milyonlar oğurlanmağa həvəslənirlər. Bütün bu işlərə baxanda aydın şəkildə görünür ki, icra başçılarının cinayət işləri üzrə məhkəmələr eyni mərkəzdən idarə edilir. Belə məhkəmələr harada keçirilməsindən asılı olmayaraq eyni ssenari üzrə gedir, nəticələri oxşar olur. Sanki prokurorluq, ittiham idarəsi bu işlərdə yoxdur. Bu işlər nəticə etibarı ilə hüquqi müstəvidə deyil. Bütün bunlar Azərbaycan vətəndaşının dövlətə, məhkəmə hakimiyyətinə inamını sarsıdır”.(Elşən MƏMMƏDƏLİYEV, “Yeni Müsavat”)

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

11:25

SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO

15:14

İran hücumu bilərəkdən edib, yoxsa səhv olub?

19:47

Ölkə Prezidentinin adından məmura mükafat verən "jurnalist" həbs olundu

19:41

İranda ölənlərin sayı 1000 nəfərə yaxınlaşdı

19:30

İran dərin zərbələrlə qarşılaşacaq

19:21

İş adamının 4,2 milyonluq əmlakı müsadirə olundu

13:26

Şamaxıdakı güclü zəlzələnin fəsadları: Ağsuda ev və digər tikililərdə çatlar yaranıb

21:15

Türkiyə Pakistanın yanındadır - Ərdoğan

21:09

Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib

21:00

"Böyük səhv etdilər, cavabımız dağıdıcı olacaq" - Netanyahu

14:04

Çin İrana təzyiq etməyə məcburdur

13:58

Müharibənin miqyası genişlənir - İsrail Livana hücum etdi

13:52

“İranın yeni hakimiyyətində azərbaycanlılar əsas iddiaçı olmalıdır” – Rüstəmxanlı

12:26

Dünya siyasətində əxlaqsızlıq səviyyəsi artır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO