Müvəqqəti olaraq Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşdirilən Rusiya hərbçiləri “biznes”lərini genişləndirmək qərarına gəliblər.
Ermənistanın “Hraparak” nəşrinin məlumatına görə, onlar Qarabağın erməni əhalisindən aldıqları rüşvətin məbləğini artırıblar.
Məsələn, indi Qarabağda yaşayan ermənilərə ərzaq və ya başqa mallar aparan hər bir ağır yük maşınının keçidi üçün təxminən 10 min dollar və ya 4 milyon dram tələb edirlər. Bundan əvvəl “rüsum” 1000–2000 dollar olub.
Qeyd olunur ki, son vaxtlar Rusiya hərbçiləri Ermənistan hökuməti ilə humanitar yardımla bağlı razılaşmaya əməl etməyi dayandırıblar. Guya ki, əvvəllər 10 avtomobilin keçidi ilə bağlı razılaşma olub. İndi onlardan 8-i pulsuz keçir, rusiyalı hərbçilər isə “biznes”ləri çərçivəsində 2 yük maşınını özləri üçün saxlayırlar.(Pressklub)