Türkiyə milli müdafiə sənayesi ilə meydan oxuyur

15:00 8.01.2023 1 605
Türkiyə milli müdafiə sənayesi ilə meydan oxuyur

Dünyadakı çoxtirəlik Türkiyəni artıq narahat etmir

Türkiyə Müdafiə Sənayesi naziri İsmail Demir Türkiyənin müdafiə istehsalında gəldiyi nöqtə və son inkişaflarla bağlı açıqlamalar verib.

Musavat.com xəbər verir ki, nazir 2000-dən çox şirkətlə çalışan müdafiə sənayesinin ölkə iqtisadiyyatına ən çox töhfə verən sektorlardan biri olduğunu bildirib.

Sənayenin təxminən 750 layihə ilə 10 milyard dollardan çox dövriyyəyə malik olduğunu açıqlayan Demir, 2022-ci ilin 4,4 milyard dollarlıq ixracatla bağlandığını xatırladıb. O, yeni hədəfin 6 milyard dolların üzərində olduğuna işarə edib.

2022-ci ilin reallaşmalarını və 2023-cü ilin hədəflərini açıqlayan türkiyəli nazir diqqətçəkən məqamlara toxunub:

"Embarqolar davam edəcək. Bəzi məsələlərdə bir qədər yumşalma var, amma artıq buna əhəmiyyət vermirik. Biz heç bir kritik və strateji məhsulumuz üçün xarici mənbələrdən asılı olmağı qəbul etmirik. Qayıdıb bizə vermək üçün yalvarsalar da, istəmirik. Bu məsələlərlə bağlı dərsimizi aldıq. Yerli istehsalda dayanmadan yolumuza davam edəcəyik. Biz yerli istehsalımız baxımından qarşımızda duran mümkün məqamları müəyyənləşdirməyə və lazımi addımları atmağa çalışırıq".

İsmail Demir F35 ilə bağlı müzakirələrin davam etdiyini bildirib:

"Biz prosesi izləyirik və lazımi addımları atacağıq. F16-ya gəlincə, SSB olaraq biz CAATSA (“Countering America's Adversaries Through Sanctions Act”) sanksiyalarına görə masa arxasında deyilik, lakin müvafiq bölmələrimiz prosesi idarə edir. Hazırda biz əlimizdə olan F16-ların fərdiləşdirilməsinə və modernləşdirilməsinə diqqət yetiririk. Burada heç bir tərəddüdümüz yoxdur. Tam güclə davam edəcəyik".

Müdafiə Sənayesi naziri bu il Türkiyənin milli döyüş təyyarəsinin dünyaya nümayiş etdiriləcəyini də bəyan edib:

"Hürjet və TB3 PUA ilk uçuşunu edəcək. Bayraktarın "Kızılelma"sı da ilk uçuşunu gözləniləndən tez etdi. İndi manevr sınaqları və sursat inteqrasiyası keçiriləcək. Bu mənada bu il çox sayda rekord qıracağıq. Bundan əlavə, KILIÇSAT Cube Peyki və İMECE Yer Müşahidə Peyki kosmosa buraxılacaq. Həmçinin, Siper, Bozdoğan, Gökdoğan, Gökdeniz, Karaok, Şimşək və Akyada raket sistemlərimizin ilk tədarükü və kütləvi istehsalına başlanacaq".
BECAN.AZ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

12:06

Ərdoğan Əliyevi şəxsən dəvət edib

11:03

Bakıda kafedə kütləvi dava: ölən var

19:23

Batan gəmidəki azərbaycanlılar xilas edilib

19:11

Hava hücumuna görə Moskvada 4 aeroport bağlandı

13:37

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu ciddi mühafizə olunur

13:23

Üç türk respublikaları prezidentlərinin qızları bir arada

13:13

Dövlət Neft Fondunun aktivləri 74 milyard dolları keçib

12:27

Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı

13:54

Türkiyədə Azərbaycan kampaniyası bu faktı üzə çıxartdı

13:48

TƏBİB-in nazirliyə verilməsi nəyi dəyişəcək? - Yeni dövr başlayır

13:35

Bölgələrdə yağış yağacaq, dolu düşəcək

12:35

Farslar təhqir, “Traktor” imtina etdi

12:25

Fransada polis vəziyyətə nəzarəti itirdi

12:13

Direktorun maşınını yandıran daha bir nəfər saxlanıldı - VİDEO

12:01

Səhiyyə naziri işdən çıxarıldı, Baş nazirin müavini təyin edildi

11:56

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi

11:45

Yeni səhiyyə naziri təyin edildi

14:20

"Sağlam düşüncə və qardaşlıq hüququ qorunmalıdır" - Fuad Oktay

13:56

Ağsu sakini Məşğulluq idarəsinin müdirindən Prezidentə şikayət etdi - VİDEOMÜRACİƏT

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}