Türkiyə Yunanıstana qarşı israrlıdı

20:22 2.01.2023 1 687
Türkiyə Yunanıstana qarşı israrlıdı


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ilin sentyabrında Yunanıstana xəbərdarlıq edərək demişdi ki, bir gecə qəfil gələ bilərik. Bir neçə gün öncə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirdi ki, Yunanıstanın təxribatları nəticəsində dialoq məsələsi arxa plana keçdi. Dünən də milli müdafiə naziri Hulusi Akar Yunanıstana növbəti xəbərdarlıq etdi. Bildirdi ki, 40 min kvadratkilometrlik dəniz yurisdiksiyası istəyirlər, beynəlxalq müqavilələri pozaraq adaları silahlandırırlar: "Biz bu günə qədər heç bir təxribata icazə verməmişik, verməyəcəyik də".

Yunanıstan isə xəbərdarlıqlara məhəl qoymur. Türkiyə Yunanıstanı necə cəzalandıra bilər?


Politoloq Samir Hümbətov Musavat.com-a bildirib ki, Türkiyə və Yunanıstan arasında gərginlik son 5 ildir hər gün artan xətt üzrə davam edir: "Dədəağac və s. kimi adalarda silahlanma olmamalıdır, həmin ərazilər neft-qaz zonası kimi qalmalıdır. Amma Yunanıstan həmin adaları silahlandırır. Montrö Konvensiyasına əsasən, bəzi adalar Yunanıstana verilib, amma onlar demək olar ki, Türkiyənin bir neçə kilometrliyindədir. Həmin ərazilərdə Yunanıstan öz dəniz sərhədlərinin milini artırdıqca Türkiyənin ərazisinə müdaxilə forması alır. Belə olan halda əlbəttə ki, Türkiyə ciddi narahat olur. Hətta son 2 il ərzində ABŞ Yunanıstan ərazisində 9 hərbi baza inşa edib. Amerika tərəfi bunu Rusiyaya qarşı hərbi baza adlandırsa da, Türkiyə ilə sərhəddə qurulubsa, o deməkdir ki, bu, Türkiyəyə qarşı olan hərbi bazalardır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, milli müdafiə naziri Hulusi Akar bunu dəfələrlə qeyd edib. Xarici işlər naziri Mövlud Çavuşoğlunun qeyd etdiyi kimi, Türkiyə və Yunanıstan arasında dialoq mühiti tamamilə pozulub. Əvvəlki münasibətlərdə bu var idi. Yunanıstan tərəfinə dəfələrlə xəbərdarlıq edilmişdi. Hətta Yunanıstan baş naziri Kiriakos Mitsotakislə görüşlərdə də bu barədə bildirilmişdi. Ötən ilin martında Mitsotakis Türkiyəyə səfər etmişdi. Onlar razılığa gəlmişdilər ki, bu məsələdə dialoq şəraitini yaratsınlar. Amma daha sonra Yunanıstan tərəfi təxribatları artırdı. Hətta, təlim zamanı Türkiyə "F-16"rına qarşı bir kodlaşdırma apardılar. Bunlar ciddi narahatlıq yaratdı.

ABŞ çəkindirmə siyasətində istifadə edəcək

Hazırda adalarla bağlı məsələlər gərginlik yaradır. Adaların silahlandırılması davam edəcəksə, bunun sonu silahlı qarşıdurmaya da gedib çıxa bilər. Amma bunu Türkiyə və Yunanıstan arasında genişmiqyaslı müharibə kimi dəyərləndirməyimiz doğru olmaz. Çünki hər iki ölkə NATO üzvüdür. Ən azından Alyans buna imkan verməz. Hesab edirəm ki, ABŞ son nəticədə çəkindirmə siyasətindən istifadə edəcək. Çünki Türkiyə Amerika üçün kifayət qədər strateji əhəmiyyətli dövlətdir və NATO-nun Şərq qanadını qoruyur. O baxımdan kiçik bir Yunanıstan üçün Türkiyəni əldən vermək istəməz. ABŞ yaxşı başa düşür ki, Türkiyəyə qarşı atdığı hər bir addım bu ölkəni ondan uzaqlaşdırır. Düşünürəm ki, Türkiyə tam hesablanmış siyasət aparır. Yunanıstan-Türkiyə gərginliyinin artmasında ABŞ tərəfi maraqlıdır. Belə ki, Yaxın Şərqdə, xüsusilə də Suriyanın şimalında Türkiyənin hazırladığı bir əməliyyat var, hələ ki, onu gerçəkləşdirməyib. ABŞ Türkiyənin fikrini həmin əməliyyatdan yayındırmağa çalışır. Hesab edirəm ki, müharibə olma ehtimalı azdır, amma silahlı qarşıdurma zaman-zaman olur və yenə də ola bilər. Hətta soyuq silahla bir-birinə qarşı şiddət tətbiq edə bilərlər, amma bunun müharibəyə çevriləcəyinə inanmıram. Düşünürəm ki, son nəticədə Türkiyənin maraqlarına zərbə vuracaq hərəkətlərə yol verə bilməyəcəklər. Təxminən 2 il öncə də 27 koalisiya ölkəsi olan Misir, Fransa və digərləri Şərqi Aralıq dənizində Türkiyəyə qarşı gəldilər, lakin Türkiyə onların qarşısını aldı, onun dediyi oldu".

BECAN.AZ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

12:20

İlk rübün bahalaşan və ucuzlaşan məhsulları - SİYAHI

10:38

TƏBİB-in yeni icraçı direktoru vəzifə islahatlarına başladı

10:21

ABŞ-İran nümayəndə heyətləri Pakistanda görüşəcək - 2-ci raund

09:37

Estoniya Rusiyadan hücum gözləmir, amma...

13:34

On milyon ton taxılın sorğu-sualı... - Baş Prokurorluqda dindirilmə

13:22

Heyvan idxalı azalıb: Ət yenə bahalaşacaq?

12:41

Netanyahudan İranla bağlı açıqlama: "Bu, son deyil..."

12:09

Əli Əsədovla bağlı suala Elmar Məmmədyarovun cavabı

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}