Sudanda toqquşmalar nəticəsində ölənlərin sayı 56-ya çatıb.
TASS xəbər verir ki, bu barədə ölkənin Həkimlər Komitəsi bazar günü tvitterdəki hesabında bildirib.
Qeyd edilir ki, toqquşmalar zamanı daha 595 nəfər yaralanıb.
Məlumata görə, təkcə Xartumda 25 nəfər həlak olub, 302 insan yaralanıb. Ölənlər arasında həm mülki şəxslər, həm də hərbçilər var.