Bakı şəhərinin Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" Ticarət Mərkəzində axşam saatlarında yanğın hadisəsi qeydə alınıb. Yanğının miqyasının böyüməməsi məqsədilə, əraziyə Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin və aidiyyatı dövlət qurumlarının əməkdaşları cəlb olunub.
Hadisə yerində fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də olub. Hazırki məlumatlara görə, artıq yanğın söndürülüb, soyutma işləri aparılır.