Türkiyənin Sudanın paytaxtı Xartum şəhərindəki səfiri İsmail Çobanoğluna hücum olub.
Musavat.com bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Bildirilir ki, səfirin avtomobili atəşə tutulub. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Qeyd edək ki, Sudanda Çevik Reaksiya Qüvvələri ilə ordu arasında davam edən münaqişənin 22-ci günüdür. Tərəflər bu müddət ərzində bir-birinin ardınca elan etdikləri atəşkəs qərarlarının heç birinə əməl etməyiblər. İndiyədək ölkədə 700 nəfər ölüb.