Yardımlıda avtomobil yolu təhlükə mənbəyinə çevrilib - VİDEO, FOTO
Bölgə
15:396.05.2023 365
“ATV Xəbər”in növbəti buraxılışında Masallı-Yardımlı yolunun 52-ci kilometrində baş verən torpaq sürüşməsinin yaratdığı problemlər işıqlandırılıb.
Xəbər verilir ki, bölgəyə yağan güclü yağışlardan sonra ərazidə torpaq sürüşməsi baş verib. Yolun bir hissəsi yararsız vəziyyətə düşüb. Aşan torpaq layları, orada olan qaz xəttlərinin üzərinə tökülüb.
Sürücülərin şikayətlərinə əsasən, bu yol həm piyadalar, həm də sürücülər üçün əsas təhlükə mənbəyidir.