Yol polisinin gizli yerdə dayanıb, cərimə yazması qanunidir?..

20:53 24.04.2023 1 725
Yol polisinin gizli yerdə dayanıb, cərimə yazması qanunidir?..

Sosial şəbəkələrdə sürücülər tərəfindən tez-tez dilə gətirilən narazılıqlar əsasən yol polislərinin sürücülərə görünməz hissələrdə dayanması ilə əlaqədardır. Belə ki, sürücülər iddia edirlər ki, YPX avtomobilləri yolun hərəkət hissəsində deyil, daha çox görünməyən tərəflərdə, yaşıllıqların, digər nəqliyyat vasitələrinin, hansısa maneələrin arxasında gizlənir, anidən çıxıb, sürücünü cərimələyirlər. Bəs bu cür addım qanunidirmi?

Məsələ ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən Oxu.az-ın sorğusuna cavab olaraq, bildirilib ki, YPX əməkdaşı istər xidməti avtomobillə, istərsə də piyada qismində öz xidmətini “Yol Patrul Xidməti haqqında təlimat”ın və “Yol hərəkəti haqqında Qanun”un tələbləri çərçivəsində təşkil edir. Xidmət isə aşkar formada təmin edilir.

İdarənin baş inspektoru Araz Əsgərlinin sözlərinə görə, qeyd edilən qayda pozuntusu əsasən sürət həddinin aşılması ilə əlaqədar olur:

“Sürət həddinin ölçülməsi və qayda pozuntusunun aşkarlanması elektron qaydada, xüsusi avadanlıqlarla həyata keçirilir və bu prosesdə polis və vətəndaş ünsiyyətinə ehtiyac qalmır. Sürət həddini ölçən qurğulara gəldikdə isə, onlar stasionar, yəni dirəklərə quraşdırılmış formadadır və sürücülər də onların yerini bilir. Bir çox hallarda məhz sürətini məqsədli şəkildə radara uyğunlaşdırırlar. Digər metod isə daha müasir texnologiyalar vasitəsilə ölçməni həyata keçirməkdir. Bu isə YPX avtomobillərinin üzərindəki xüsusi qurğulardır. Dünyanın ən sivil ölkələrində, eləcə də Azərbaycanda, artıq uzun illərdir tətbiq olunan “i-patrul” sistemləri məhz YPX avtomobillərində olur. Bu isə tam qanunvericiliyə uyğundur”.

YPX avtomobillərinin görünməyən hissələrdə dayandığı haqqında iddialara gəlincə, Araz Əsgərlinin fikrincə, bu, bir çox hallarda yersiz və əsassız fikirlərdir:

“Kimin harada dayanmasından qat-qat önəmli olan məsələ qaydanı pozmamaqdır. Bu məntiqdən belə çıxır ki, deməli, polis olmasa, kimsə qayda pozmalıdır? Öz yanlış hərəkətlərini müzakirə edib, ondan nəticə çıxarmaq əvəzinə, qanun keşikçisinə belə gülünc iddia səsləndirmək, həqiqətən, təəssüf doğurur. Polis maşını da yolun hərəkət hissəsində dayanmalıdır ki, sürət həddini ölçsün. Amma YPX avtomobili nəqliyyata maneə olmamalıdır. Sürücüdən tələb olunan isə qaydalara riayət etməkdir. Kiminsə etiraz etməyə o zaman hüququ yaranır ki, sürət həddini aşmadığı halda yol polisi ilə üz-üzə qalıb. Sürət həddi ilə bağlı yolboyu məlumatlandırıcı nişanlar qoyulub, maksimal sürət həddi müəyyən edilib, sürətin ölçülməsi ilə bağlı məlumat lövhələri yerləşdirilib. Qanunu pozmamaq lazımdır. Qanunu pozub, onu hansısa formada əsaslandırmaq üçün isə bəhanə axtarmağa ehtiyac yoxdur”.

Baş inspektor onu da qeyd edib ki, sürət həddinin aşılmaması üçün ilk öncə sürücü özü yol nişanında göstərilən maksimal həddə diqqət etməlidir:

“Bu, cərimə olunub-olunmamaq məsələsi deyil, qanunun sürücü üzərində olan öhdəliyidir. Təhlükəsizlik üçün isə həyati əhəmiyyət daşıyır, yəni həyatda qalmaq və ətrafdakı insanların həyat və sağlamlığını qorumaq üçün hamı bu qaydalara riayət etməyə borcludur. Qaydaları pozub, daha sonra onu aşkar edənlərə münasibətdə bu müzakirələri aparanların əsas bir səbəbi var, o da məsuliyyətdən yayınmaqdır. Bəzi insanlar düşünürlər ki, qayda-qanun olsun, amma ona təsir etməsin. Bu səhv təfəkkür isə cəmiyyəti hər zaman geriyə salır. Qanunun aliliyi prinsipi var və “heç kim özünü qanundan üstün hesab etməməlidir” düşüncəsi, tələbi ilə biz, neqativ hallardan qoruna bilərik. Gəlin, hamımız ağır qəzaların nəticəsində ölüm və xəsarət hallarının, faciəli sonluğun olmaması üçün qaydalara əməl edək, sonrakı peşmanlıq və bəhanələrlə dolu müzakirələr deyil, məhz məsuliyyət bizi qoruyur!”
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:20

"Sağlam düşüncə və qardaşlıq hüququ qorunmalıdır" - Fuad Oktay

13:56

Ağsu sakini Məşğulluq idarəsinin müdirindən Prezidentə şikayət etdi - VİDEOMÜRACİƏT

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}