Ehtiyatda olan hərbçilərlə bağlı qanun dəyişir

13:40 20.05.2023 1 465
Ehtiyatda olan hərbçilərlə bağlı qanun dəyişir

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin mayın 17-də keçirilən iclasında hərbi qanunvericiliyə təklif olunan dəyişikliklər müzakirə olunub və plenar iclasa tövsiyə edilib.

Komitə sədri gündəliyin birinci məsələsini - “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsini təqdim edib. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunmuş qanun layihəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxslərin hərbi qeydiyyatdan çıxarılması qaydasının təkmilləşdirilməsi, habelə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin ehtiyatını təşkil edən dairənin dəqiqləşdirilməsi nəzərdə tutulur. Məsələ ətrafında aparılan müzakirədə çıxış edən deputatlar Arzu Nağıyev, Aydın Mirzəzadə təklif olunan dəyişiklikləri müsbət qiymətləndiriblər.

Sonra komitə sədri gündəliyin ikinci məsələsi olan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsini təqdim edib. Ziyafət Əsgərov qeyd edib ki, qanun layihəsində hərbi qeydiyyat anlayışının dəqiqləşdirilməsi, müvafiq icra hakimiyyəti orqanında müddətli həqiqi hərbi xidmətdən buraxılmış, həmçinin müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilərin hərbi qeydiyyat qaydasının təkmilləşdirilməsi nəzərdə tutulur.

Layihədə həmçinin texniki xarakterli dəyişikliklər var. Hər iki qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Hərbi ekspert, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov məsələ ilə bağlı “Yeni Müsavat”a bildirib ki, qanuna ediləcək dəyişikliklə hərbi qeydiyyatın təşkili qaydası təkmilləşdirilir və bu təkmilləşməyə ehtiyac var idi:

"Sadə şəkildə desək, mövcud qanunda xüsusi təyinatlılarda, kəşfiyyatda, əks-kəşfiyyatda xidmət eləyib ehtiyata buraxılanlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrində qeydiyyatda dururdular.

Qanuna təklif edilən dəyişiklikdə isə birbaşa Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatda olacaqlar ki, onlar lazım olduqları anda onları hər rayon üzrə axtarmağa ehtiyac qalmasın, proses daha operativ qaydada, daha sürətli həyata keçirilə bilsin. Bu, həmçinin məxfiliyin daha ciddi şəkildə qorunması baxımından da vacibdir. Müəyyən rayon şöbələrində məxfilik ola bilər ki, yetərli olmasın, müəyyən sızma olsun, lakin baş idarədə - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində bu cür neqativ hallar olmayacaq.

Bir sözlə, qanuna bu dəyişiklikləri əslində çoxdan etməliydik".
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

12:06

Ərdoğan Əliyevi şəxsən dəvət edib

11:03

Bakıda kafedə kütləvi dava: ölən var

19:23

Batan gəmidəki azərbaycanlılar xilas edilib

19:11

Hava hücumuna görə Moskvada 4 aeroport bağlandı

13:37

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu ciddi mühafizə olunur

13:23

Üç türk respublikaları prezidentlərinin qızları bir arada

13:13

Dövlət Neft Fondunun aktivləri 74 milyard dolları keçib

12:27

Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı

13:54

Türkiyədə Azərbaycan kampaniyası bu faktı üzə çıxartdı

13:48

TƏBİB-in nazirliyə verilməsi nəyi dəyişəcək? - Yeni dövr başlayır

13:35

Bölgələrdə yağış yağacaq, dolu düşəcək

12:35

Farslar təhqir, “Traktor” imtina etdi

12:25

Fransada polis vəziyyətə nəzarəti itirdi

12:13

Direktorun maşınını yandıran daha bir nəfər saxlanıldı - VİDEO

12:01

Səhiyyə naziri işdən çıxarıldı, Baş nazirin müavini təyin edildi

11:56

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi

11:45

Yeni səhiyyə naziri təyin edildi

14:20

"Sağlam düşüncə və qardaşlıq hüququ qorunmalıdır" - Fuad Oktay

13:56

Ağsu sakini Məşğulluq idarəsinin müdirindən Prezidentə şikayət etdi - VİDEOMÜRACİƏT

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}