Ombudsmanın hərəkəti Milli Məclisdə narazılığa səbəb olub

21:54 3.03.2023 934
Ombudsmanın hərəkəti Milli Məclisdə narazılığa səbəb olub

Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Ombudsman Səbinə Əliyevanın iştirak etməməsi müzakirə mövzusu olub.

APA xəbər verir ki, deputat Jalə Əhmədova Ombudsman Səbinə Əliyevanın iclasda iştirakının zəruriliyini vurğulayıb.

Jalə Əhmədova deyib ki, Ombudsmanın deputatlara verəcəyi cavabla Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının verəcəyi cavablar başqadır: “Deputat olaraq, mənə maraqlıdır ki, nə üçün Səbinə xanım bizim iclaslarda iştirak etmir?".

Fazil Mustafa da qeyd edib ki, Jalə Əhmədovanın fikirləri ilə razıdır: "Ombudsmanın komitə iclasına gəlməsinin heç bir ziyanı yoxdur, bu, kommunikasiya üçün faydalıdır".

Komitə sədri Zahid Oruc da sözügedən təkliflərlə razı olduğunu qeyd edib: "Qeyd etdiyiniz kimi, Səbinə xanımın bu cür iclaslarda, görüşlərdə iştirakı yalnız fayda verə bilər. Çünki daha sistemli müzakirələr apara bilərik. Əminəm ki, bugünkü çağırışlar eşidildi".

Aydın Səfixanlı isə qeyd edib ki, Ombudsmanın komitə iclaslarının hamısına gəlməsi kimi bir öhdəlik yoxdur: "Səbinə xanım nadir məmurlardandır ki, hər zaman ictimaiyyətə və əməkdaşlığa açıqdır. O, dəfələrlə Milli Məclisin iclaslarında iştirak edib. Biz, bu gün hüquqi dövlətdə yaşayırıq və aydın məsələdir ki, Ombudsmanın fəaliyyəti Konstitusiyaya əsaslanır. Konstitusiyanın 14-cü maddəsinin 1-ci hissəsində qeyd olunur ki, Ombudsman öz illik məruzəsini ölkə Prezidenintə təqdim edir və Milli Məclisin qarşısında çıxış edir. Yəni, Konstitusiyaya əsasən, Ombudsmanın bütün komitə iclaslarına gəlməsi kimi bir öhdəlik yoxdur. Qeyd edim ki, martın 7-də Səbinə xanım Milli Məclisin Plenar iclasında olacaq və istənilən suallara cavab verəcək".
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO