"Paşinyan razı olsa da, Putin buna imkan verməyəcək"

14:37 20.05.2023 1 160
"Paşinyan razı olsa da, Putin buna imkan verməyəcək"

Nikol Paşinyan 3 gün öncə Reykyavik şəhərində keçirilən sammitdə bildirdi ki, “Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə biz irəliyə doğru addım atdıq və vurğuladıq ki, Ermənistan Azərbaycanın 86,6 min kvadrat kilometr, Azərbaycan isə Ermənistanın 29,8 min kvadrat kilometr ərazisini tanıyır”. Paşinyanın “Qarabağ Azərbaycandır!” etirafı Ermənistan cəmiyyətində ona qarşı təzyiqləri artırıb.

Dünən isə Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının Moskva görüşü baş tutub. Digər tərəfdən, Kreml Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Moskvada görüşəcəyini təsdiqləyib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, görüş gələn həftə keçirilə bilər.

Paşinyana olan təzyiqlər onu Moskva görüşündə müəyyən razılaşmalardan çəkindirə bilərmi? Moskva görüşü ilə bağlı gözləntilər nələrdir?

Politoloq Fikrət Sadıxov Musavat.com-a açıqlamasında bildirib ki, məlumatlara görə, müəyyən çərçivə layihəsi artıq hazırdır və Moskvada ciddi müzakirə predmetinə çevrilib.


Politoloqun sözlərinə görə, belə bir təəssürat yaranır ki, Paşinyan daxildə ona qarşı təzyiqləri ona görə istifadə etmək istəyir ki, sazişə imza atmaqdan boyun qaçırsın:

“Amma Paşinyan yaddan çıxarmamalıdır ki, həmin təzyiqi biz də ona qarşı istifadə edə bilərik. Azərbaycan öz məqsədlərinə mütləq nail olmalıdır. Paşinyan konkret, düzgün seçim etməlidir. Əgər Ermənistan Qarabağ məsələsinin müzakirəsindən uzaqlaşsa və bununla bağlı heç bir iradı olmasa, təbii ki, biz bu sazişə imza atmağa hazırıq. Yəni kommunikasiyalar açılsın, Zəngəzur dəhlizi açılsın, qeyri-qanuni dəstələr Qarabağdan çıxarılsın”.

Ekspertin sözlərinə görə, Vladimir Putin başa düşür ki, hər şey dinc yolla həll olunsa, Ermənistan rəsmi şəkildə Qarabağ məsələsindən əl çəksə və bunu əsas müzakirə predmetinə çevirməsə, Rusiya sülhməramlılarının orda qalmasının heç bir mənası yoxdur:

“Bu da öz maraq dairəsini itirmək deməkdir. Putin onu da başa düşür ki, Azərbaycanın mövqeyi kifayət qədər qəti və prinsipialdır. Yaranmış geosiyasi gərginlik fonunda biz Rusiyaya qarşı nə sanksiyalar tətbiq etmişik, nə də onlara qarşı düşmənçilik edirik. Putin bu reallığı dərk etməlidir.

Düşünürəm ki, Moskva son ana qədər sülh sazişinin öz maraqları çərçivəsində imzalanmasına çalışacaq ki, regionda əl yeri qalsın. Əks halda, Rusiya faktiki olaraq öz təsir vasitələrini itirir. İstənilən halda, hesab edirəm ki, bizim hücumedici diplomatik addımlarımız müəyyən nəticələrə gətirib çıxaracaq”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}