Moskva düyməyə basdı: ya “Putin NATO-su" da Ermənistanla sərhədə gəlməli, ya da...

11:18 27.01.2023 1 653
Moskva düyməyə basdı: ya “Putin NATO-su" da Ermənistanla sərhədə gəlməli, ya da...

KTMT monitorinq missiyası üzərində işini davam etdirir; məlum olur ki, Paşinyanın İrəvanda sənədə qol çəkməməsi əvvəlcədən Qərblə razılaşdırılıbmış

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycanla sərhəddə Ermənistana göndəriləcək monitorinq missiyası üzərində işini davam etdirir. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, bu barədə yanvarın 24-də KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-yə belə bir sorğu təqdim etdikdən sonra qurumun ali orqanı Kollektiv Təhlükəsizlik Şurası “Ermənistan Respublikasına yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında” qərar layihəsi hazırlayıb. Bu layihə “İrəvana digər dəstəyin göstərilməsi ilə yanaşı” Ermənistan-Azərbaycan sərhədinə KTMT-nin müvəqqəti monitorinq missiyasının göndərilməsini nəzərdə tutur və belə missiyanın həcmini, mandatını və iş müddətlərini müəyyən edir. KTMT rəsmisi deyib ki, layihə “yüksək hazırlıq səviyyəsindədir, lakin bu sənədi KTMT-nin sonuncu sessiyasında qəbul etmək mümkün olmayıb”. “Bunun üzərində iş davam edir. Təsdiqləmə proseduru başa çatdıqdan sonra layihə qurumun nizamnamə orqanlarına baxılmaq üçün təqdim olunacaq”, - deyən Zaynetdinov qeyd edib ki, onların sayı və vaxtı ilə bağlı konkret rəqəm demək tezdir.

Maraqlıdır ki, yanvarın 24-də Moskvada KTMT-nin yeni baş katibi İmanqali Tasmaqambetov və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev arasında görüş keçirilib. Tərəflər bir sıra beynəlxalq məsələləri müzakirə edib, KTMT sərhədləri boyunca vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. KTMT-nin nüfuzunun artırılmasına və onun digər beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyətinə xüsusi diqqət yetirilib. Bundan əlavə, 2023-cü ildə KTMT-yə sədrlik edən Belarusun təklif etdiyi prioritetlərin həyata keçirilməsi proseduru müzakirə edilib. Görüş barədə digər təfərrüat açıqlanmır.

Aydındır ki, bu görüşdə KTMT sərhədlərinə - Ermənistana gələn Avropa İttifaqının 2 illik müşahidə missiyası da müzakirə edilib. Çünki KTMT sərhədinə 2 illik missiya göndərilməsində israr edən İrəvan bunu müttəfiqləri ilə razılaşdırmayıb. Üstəlik, KTMT-nin yanvar ayı üçün Ermənistanda planlaşdırdığı hərbi təlimlərə razılıq verməyib. Bu arada NATO rəsmisi də İrəvana gəlib və Paşinyanla qapalı müzakirə keçirib. İndi məlum olur ki, İrəvanda Paşinyanın KTMT-nin sərhədə missiya göndərməklə bağlı sənədinə imza atmaması əslində Qərb müttəfiqləri ilə əvvəldən razılaşdırılmış qərar olub. Yəni Paşinyana vəd veriblər ki, Aİ-nin 2 aylıq missiyası başa çatan kimi yenidən, bu dəfə 2 illiyinə müşahidəçi missiyası göndəriləcək. Doğrudan da nə Bakı, nə KTMT rəhbərliyi ilə razılaşdırılmadan belə bir qərar verildi. İndi gözlənilir ki, Patruşevlə də KTMT-nin İrəvanla bağlı bundan sonrakı addımları müzakirə olunub. Bu həm də o anlama gəlir ki, Ermənistan sərhədlərini qarantiya altına aldığını düşünsə də, əslində ölkəsinə hər an əllərində partlayacaq “bomba” gətiriblər. Yəni şərti adı “Putin NATO”su adlanan KTMT-nin də mülki monitorinq qrupu sərhədə gələ bilər ki, bu istiqamətdə Rusiya addımlarını sürətləndirir. Görünür ki, Kreml Aİ-ni bölgəyə yerləşdirdiyi üçün İrəvana qulaqburması verməyə hazırlaşır.


Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, həyata keçirilən bu layihənin 90 faizi Fransanın addımlarının nəticəsidir. “Mülki missiyanın başında dayanan şəxs almandır, gələnlər içərisində peşəsi mülki xarakter daşıyanlar isə azdır. Onların 70-80 faizi hərbçilərdir. Bunun özü göstərir ki, Avropa Birliyi belə bir addım atmaqla Azərbaycanı da fikirləşməyə məcbur etdi. Bölgəyə Avropa Birliyinin yerləşməsi ehmalca deyil, açıq şəkil almağa başlayıb. Əgər söhbət 2 minlik missiya qrupundan gedirsə, gələcəkdə onların sayının 4 minə qədər artacağı haqda məlumatlar var. Rusiya bununla bağlı çox ciddi etirazlar bildirməkdədir. Hətta Putin səviyyəsində Ermənistan siyasi rəhbərliyinin yanlış addım atdığı qeyd olunur”, - deyə Q.Hüseynli qeyd etdi.

Professorun zənnincə, mülki missiyanın bölgəyə dəvət edilməsi ilə Avropa Birliyinin sülhyaratma prosesinə də bir kölgə salındı: “İndi biz Rusiyanın Azərbaycanın ərazi bütövlüyü məsələsində daha obyektiv mövqe sərgiləməsini görməkdəyik. Hiss olunur ki, Bakını neytrallaşdırmağa, Avropa Birliyinin vasitəçilik səylərini pozmağa çalışacaqlar. Xüsusən də Lavrovun mətbuat konfransında səsləndirdiyi fikirlərə əsasən belə qənaətə gəlmək mümkündür”. Q.Hüseynlinin fikrincə, Ermənistan Rusiya ilə konfrontasiya mühitini formalaşdıran addımlar atır: “Üstəlik, Avropa Birliyindən təminat alaraq Kremlin Cənubi Qafqazdakı mövqeyini sarsıtmağa çalışır. KTMT missiyasının bölgəyə yerləşdirmək istəyini Avropa Birliyinə qarşı addım kimi şərh etmək olar, ancaq bu gün Ermənistanda KTMT-dən, Avrasiya İqtisadi Birliyindən çıxmaq haqda fikirlər çox dəbdədir və geniş istifadə edilir. Bunları nəzərə alaraq güman edirəm ki, Paşinyan KTMT-nin təlimlərinin ölkəsində keçirilməsindən imtina edirsə, deməli, təşkilatın missiyasının sərhədə gəlməsinə də qarşı çıxa bilər. Çünki Qərbpərəst siyasətini indi daha açıq şəkildə yürütməkdədir”.


Azad Məsiyev

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev hesab edir ki, Ermənistan 44 günlük müharibədə məğlubiyyətini həzm edə bilmir və bu səbəbdən indiyə qədər provokativ addımlar atmaqdadır: “Bu nümayəndə heyəti nəyi müşahidə edəcək? Axı sərhədlər delimitasiya edilməyib. Odur ki, Avropa İttifaqının müşahidə qrupunun Ermənistanla sərhədə gəlişi Azərbaycan əleyhinə növbəti təzyiq bəyanatlarının gələcəkdə səslənməsinə hesablanmış addımlardır”. Siyasi ekspertin sözlərinə görə, Azərbaycan Ermənistana müharibə elan etməyib, bu halda sərhəddə heç bir missiya müşahidə aparıb irad tuta bilməz: “KTMT-nin missiyası sərhədə necə gətirilə bilər? Eləcə də Avropa İttifaqı hansı monitorinqi həyata keçirəcək? Gərək sərhədlər dəqiqləşsin ki, ondan sonra istər müşahidə missiyasını çağırsın, istər başqa qüvvələri. Sadəcə, burada əsas məsələlərdən biri də Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq siyasətdir. Qərb Paşinyan üzərindən bölgədə nüfuzunu gücləndirmək niyyətindədir. Bu missiyaya həmin proqramın tərkib hissəsi kimi baxmaq lazımdır”.


Tofiq Zülfüqarov

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edir ki, Fransa liderliyində bəlli qrupun Ermənistanda yerləşməsi nəticəsində rusların sülhməramlı kimi orada qalması üçün şərtlər yarana bilər: “Abxaziyadakı modeli yada salsaq, görəcəyik ki, orada ATƏT və BMT adına olan nümayəndələr əslində Rusiya sülhməramlı missiyasını qəbul edirlər. BMT az qala Abxaziya ilə bağlı 38 qətnamə qəbul edib, nə oldu nəticəsi? Əvəzində onlar uzun müddətdir Abxaziyada əməkdaşlıq formatında fəaliyyət göstərir. Biz elə fikirləşirik ki, bu missiya gələndə ruslarla az qala dava edəcəklər. Aydındır ki, Ermənistanda Aİ missiyasından əvvəl ruslar yerləşiblər. Əslində onlar bir-biri ilə əməkdaşlıq edirlər. Ruslar 44 günlük müharibədən əvvəl şərti Ermənistan-Azərbaycan sərhədində görünürdülər. Hətta şərti sərhəd boyunca bir neçə zastava qurublar. İndi həmin yerə Avropadan gəlirlər. Məncə, onlar ortaq dil tapacaqlar. Bu baxımdan onların yerinə heç də narahat olmaq lazım deyil”.(Emil SALAMOĞLU)

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

12:20

İlk rübün bahalaşan və ucuzlaşan məhsulları - SİYAHI

10:38

TƏBİB-in yeni icraçı direktoru vəzifə islahatlarına başladı

10:21

ABŞ-İran nümayəndə heyətləri Pakistanda görüşəcək - 2-ci raund

09:37

Estoniya Rusiyadan hücum gözləmir, amma...

13:34

On milyon ton taxılın sorğu-sualı... - Baş Prokurorluqda dindirilmə

13:22

Heyvan idxalı azalıb: Ət yenə bahalaşacaq?

12:41

Netanyahudan İranla bağlı açıqlama: "Bu, son deyil..."

12:09

Əli Əsədovla bağlı suala Elmar Məmmədyarovun cavabı

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO