"Cahil adamlar daha çox sərvət dalınca qaçır"

20:04 30.05.2023 1 076
"Cahil adamlar daha çox sərvət dalınca qaçır"

Son illər vəzifəli və imkanlı şəxslərin bir-biriləri ilə qohum olması sanki dəbə çevrilib. Hazırda hakimiyyətdə təmsil olan məmurlar arasında quda olan xeyli cütlük var.

Vəzifəli, pullu adamların oğlanlarını imkansız ailələrdən olan qızlarla evləndirməsi və yaxud zəngin ailələrdən olan qızların kasıb oğlanlara ərə getməsinə isə nadir hallarda rast gəlmək mümkündür.

Buna səbəb nədir? Məmurlar öz karyeralarını qarantiyaya almaq, sərvətlərinə sərvət qatmaq üçün bu cür izdivaclara meyl edir, yoxsa onların çevrələrində ancaq vəzifəli, dövlətli adamlar olduğu üçün övladları da bu cür seçim etmək məcburiyyətində qalır?

Mövzu ilə bağlı Yenisabah.az-ın suallarını cavablayan Milli Məclisin sabiq deputatı Cümşüd Nuriyev deyib ki, tarixən təbəqələşmə olub, amma müasir dövrdə təbəqələşmə bir qədər də artıb:

“Adətən, insanlar özünə yaxın olan adamlarla qohum olmaq istəyir. Mənə görə, xoşbəxtlik amili bunları birləşdirmir, bunları var-dövlətin həddən çox olması birləşdirir. Yəni bunların arasında uşaqların xoşbəxt olub-olmaması üstünlük təşkil etmir. Əsas məsələ odur ki, bunların istədiyi kimi olsun. Yəni, bir növ özünə arxa-dayaq axtarırlar. Təəssüf ki, bu, tarixən də belə olub, bu gün də belədir, gələcəkdə də belə olmayacağına zəmanət verilmir”.

“Çox təəssüf ki, hər şeyi var-dövlətlə ölçürlər. Lakin adamlıq, insanlıq, şərəf, namus, qeyrət və bu kimi ölçü vahidləri bir növ yaddan çıxıb. Hətta bu barədə danışan adamlara dəli kimi baxırlar ki, görəsən, bu, hansı küçədən gəlib? Onlar üçün insana lazım olan əsas dəyərlər maraqlı deyil. Onlara görə yeganə dəyər ya kiminsə qızı, ya da kiminsə yaxın qohumunun olmasıdır.

Bu gün ölkədə cahilliyin səviyyəsi o qədər də artıb ki, analar da öz qızlarına elə adam axtarır. Oğlanlar da qızın özünü yox, atasının var-dövlətini alırlar. Bu da çox keyfiyyətsiz və təhlükəli bir tendensiyadır. Yəni bunların nə qədər imkanı varsa, ailələr bir yerdə olur. Amma görürük ki, birini vəzifədən çıxaranda kimlərəsə xoş gəlmək üçün tələm-tələsik uşaqları boşandırırlar. Daha baxmırlar ki, bunların körpələri var.Azərbaycan reallığında belə şeylər çoxdur”,
– deyə, C. Nuriyev əlavə edib.

Müsahibimizin fikrincə, bu tip evliliklərdə sevgi faktoru yox, daha çox valideynlərin mövqeləri və onların var-dövləti rol oynayır:

“Belə cütlüklərin də 90%-i xoşbəxt olmur. Tərəflər bir-birindən ancaq var-dövlətlə fərqlənmək istəyəndə belə ailələrin möhkəmliyi olmur. Üstəgəl, pul həddən çox olduğuna görə bunlar cəmiyyətdə seçilmək xəstəliyinə tutulur və natamamlıq kompleksi yaranır. Bunlar psixoloji olaraq bu məsələni özlərinə ağır dərd hesab edirlər. Ona görə də bunlarda ailələr davamlı olmur”.

Keçmiş millət vəkili qeyd edib ki, bu gün nə qədər vəzifəli şəxslərin uşaqları var ki, yarıdan çoxunun ailəsi dağılıb:

“Bu, birmənalı belədir. Burada vəzifədən getməklə yanaşı, daha çox da harınlıqdan dağılır. Təkrar edirəm, bu gün Azərbaycanda cahillik o qədər artıb ki, təhsilin səviyyəsi düşdükcə, ölkədə cahillik onunla tərs mütənasiblik təşkil edir. Cahil adamlar daha çox sərvət dalınca qaçırlar. Artıq cəmiyyətimizdə cahillik bir yaşam tərzinə çevrilib.

Belə adamlar üçün övladının xoşbəxt olub-olmaması önəmsizdir. Əsas odur vəzifədə olsunlar, pulları olsun. Bir növ, bunlarda səmimi xoşbəxtlik ikinci, üçüncü, bəzi vaxtlarda isə dördüncü yerə keçir. Övladına qız, yaxud oğlan axtaranda əsas var-dövlətə və evinin sayına baxırlar. Narkoman və əyyaş olsa da, pulun olması əsasdır. Bu gün bizdə belə bir acı reallıq var”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:20

"Sağlam düşüncə və qardaşlıq hüququ qorunmalıdır" - Fuad Oktay

13:56

Ağsu sakini Məşğulluq idarəsinin müdirindən Prezidentə şikayət etdi - VİDEOMÜRACİƏT

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}