Ermənistanın baş naziri Nikol Paşinyan və Gürcüstanın hökumət başçısı İrakli Qaribaşvilinin görüşü olub.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, gürcü həmkarı ilə xüsusi söhbəti olub.
“Ermənistanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasından əvvəl İrakli Qaribaşvili ilə xüsusi söhbət etdik”, - N. Paşinyan bildirib.
Qeyd edək ki, Gürcüstanın baş naziri Ermənistanda işgüzar səfərdədir. O, yanvarın 12-də hökumətlərarası komissiyanın iclasına qatılıb.
BECAN.AZ