Tarixini bilməyənin gələcəyi qaranlıq olar

00:24 10.01.2023 1 381
Göytürk Xaqanlığı (552-744)

Tarixini bilməyənin gələcəyi qaranlıq olar

(II hissə)

Bumın xaqanın ilk illəri və hakimiyyəti

...Bumın xaqan Aşina soyuna mənsubdu. Aşina soyu Bumının idarəsi altında ticarət məqsədi ilə Çinə doğru irəlilədi. Bu dövrdə bölgədə önəmli hərbi-siyasi güc olan Topa dövləti zəifləmiş, bir-biri ilə mübarizə aparan Şərqi Topa və Qərbi Topaya bölünmüşdü. Qərbi Topa dövləti düşmən münasibətdə olduğu Şərqi Topa və Jujanların təzyiqləri səbəbi ilə Aşina soyu ilə yaxınlaşmağa çalışırdı.



Bumın 546-cı ildə ticarət əlaqələrini gücləndirmək məqsədi ilə Qərbi Topaya elçi göndərdi. Bumın xaqan 546-cı ildə teles tayfasının jujanlara qarşı üsyanından istifadə etməyi qərara aldı. O, jujan xanı Anaxuanın yanına elçi göndərib şahzadə qızını ona ərə verməsini istədi. O, əvvəlcədən bilirdi ki, jujan xanı öz vassalına qız verməyəcək və onu cəzalandırmaq fikrinə düşəcəkdir. Belə də olmuş və Anaxuan elçiyə "Siz mənim filiz əridənimsiz, belə bir şeyə necə cürət edirsiz?" - şəklində cavab vermişdi. Bundan sonra Bumın Qərbi Topa dövlətinin hökmdarından qızını istədi. Çətin vəziyyətdə olan Qərbi Topa dövlətinin hökmdarı Bumının bu təklifini qəbul etdi. 552-ci ildə Bumın Qərbi Topa ilə qüvvələrini birləşdirdikdən sonra, Jujanların üzərinə hücum edərək, onları məğlub etmişdi. Bu hadisədən sonra, o, öz dövlətini elan edir və bu tarix Göytürk Xaqanlığının qurulma tarixi olaraq qəbul olunur.
Bumın xaqan 552-ci ildə öldü. Ondan sonra dövlətin şərq qoluna oğlu Qara İssıq xaqan, qərb qoluna isə İstəmi yabqu başçılıq etmişdir. İstəmi yabqu de-fakto hakimiyyətə malik olsa da, özünü xaqan elan etmədi.


(Ayran ilk dəfə Göytürklər zamanı meydana çıxmışdır.)

Qara İssıq xaqanın hakimiyyəti (552–553)

Qara İssıq xaqanın hakimiyyəti qısamüddətli oldu. Bu qısa müddət ərzində Jujan dövləti dağıldıqdan sonra onun torpaqları, Göytürk Xaqanlığına tabe oldu. Jujanların bir qismi Topa dövlətinin çöllərinə, bir qismi isə qərbə irəliləyərək bölgədəki dövlətlərə sığındılar. Göytürklər və Topa dövləti arasında olan razılaşmaya görə, oraya sığınan jujanlar geri qaytarıldı və onlar 555-ci ildə öldürüldülər. Bundan sonra Göytürklərin hücum istiqaməti indiki Tibet və Monqolustanın ətrafına yönəldi. Buna baxmayaraq, Qara İssıq xaqan daha çox irəliləyə bilmədi və öldü.

Muğan xaqanın hakimiyyəti (553–572)

Muğan xaqanın hakimiyyəti uzun müddət davam etdi. Onun hakimiyyəti illəri Göytürk Xaqanlığının yüksəlişi dövrüdür. Muğan xaqanın dövründə Göytürklər Qərbi Topa ilə ittifaqa davam edərək, torpaqlarını genişləndirdi. Qərbi Topa dövləti 557-ci ildə dağıldıqdan sonra, onun torpaqları da Göytürk Xaqanlığının tərkibinə qatıldı.

Muğan xaqan güclənməyə çalışan jujanların üzərinə hücum etdi. Məğlub olan jujanlar Çinə sığındı, amma Göytürklər və Çin arasında olan əlaqələr səbəbindən jujanlar geri qaytarıldı. Göytürklər jujanlardan geriyə qalanları da öldürərək, dövləti onların qalıntılarından xilas etdi.
Muğan xaqan jujanlardan sonra Şərqi Kitayları da məğlub edərək, ərazilərini genişləndirdi və kitaylar Koreyaya köç etməyə məcbur oldular. Daha sonra, şimalda yaşayan qırğızlar və digər dağınıq halda yaşayan boyları da tabe etdikdən sonra, bozqırlarda hakimiyyətini möhkəmləndirdi.
Muğan xaqan dövlətin şərq hissəsini idarə edirdi. Şərqdəki yüksəlmə ilə eyni zamanda İstəmi yabqunun idarəsi altında olan qərb də sürətlə yüksəlib, ərazilərini genişləndirdi. İstəmi yabqu Altay dağlarının qərbini, İsıkgöl və Tanrı dağlarına (indiki Tyan-Şan) qədər olan ərazini özünə tabe etmişdi. İstəmi yabqunun qərbdə ərazilərini genişləndirməsi səbəbi ilə Sasanilər və Bizansla əlaqələr yaranmışdı. İpək yoluna nəzarət etmək üçün Göytürklər Sasanilərlə yaxşı münasibətlər qurmuşdu. İstəmi yabqu Sasanilərlə birləşərək, digər bir türk dövləti olan Ağ Hunları məğlub etdi. Ağ Hun dövlətinin torpaqları Göytürklər və Sasanilər arasında bölüşdürüldü.


Sasanilərlə olan yaxşı münasibətlər İpək yolu uğrunda mübarizə səbəbindən pisləşməyə başladı. İstəmi yabqu Sasanilərə qarşı Bizans ilə əlaqələr qurmağa başladı. Bizans İpək yolu ticarətinin Sasanilərin vasitəçiliyi ilə aparılmasından məmnun olmadığına görə, İstəmi yabqu ilə ittifaq qurdu. Bu ittifaqdan sonra 19 il davam edəcək Bizans-Sasani müharibələri başladı. Bu müharibələr Sasanilərə ağır zərbə vurdu və daha sonralar ərəblərin ölkəni işğal etməsini asanlaşdırdı.

Muğan xaqanın dövründə Çində ara müharibələri şiddətlənmişdi. Ara müharibələri səbəbindən zəifləyən Çin, Göytürklərin dəstəyini qazanmaq və onların qarətçi hücumlarını dayandırmaq məqsədi ilə Muğan xaqana hədiyyələrlə elçi göndərmişdi. Bundan sonra Muğan xaqan tez-tez Çinə elçilər göndərdi. Hər dəfə Çindən qayıdan elçilərin hədiyyələrlə dönməsi bu işin getdikcə ənənəyə çevrilməsinə səbəb oldu.
Muğan xaqan 572-ci ildə öldü və yerinə qardaşı Taspar xaqan keçdi.


Taspar xaqanın hakimiyyəti (572–581)

Taspar xaqan qardaşı Muğan xaqan kimi Çinlə yaxşı əlaqələr qurmağa və Çindəki daxili qarışıqlıqdan istifadə etməyə çalışdı. Çindən gələn hədiyyələrdən sonra iki dövlət arasında ticarət əlaqələri inkişaf etməyə başladı. Ticarət əlaqələrinin dərinləşməsi, rahat həyat tərzinə uyğunlaşma türk topluluqları arasında Çin mədəniyyətinin yayılmasına səbəb oldu. Hətta çinli missionerlərin fəaliyyəti nəticəsində Taspar xaqan Buddizmi qəbul etmişdi. Taspar xaqan ikiyə bölünmüş Çinin hissələri ilə (qərbdə Tsi; şərqdə Çou) balanslı siyasət qurmağa çalışsa da, buna nail olmamışdır. 577-ci ildə Çou ilə Tsi arasında müharibə başladı. Nəticədə Çou Tsini məğlub edərək, torpaqlarını özünə tabe etdi. Bundan sonra Göytürk Xaqanlığı ilə Çou arasında münasibətlər pozuldu. Taspar xaqan ordusu ilə Çinə doğru irəliləyərək, Pekin və ətrafını qarət etdi.


Taspar xaqan dövlətin şərq bölgəsini idarə edirdi. Qərbi idarə edən İstəmi yabqu əslində Taspar xaqana tabe olsa da, müstəqil hərəkət edirdi. İstəmi yabqu 576-cı ildə öldükdən sonra, yerinə oğlu Tardu keçdi. Bundan sonra Taspar xaqanın hakimiyyəti zəifləməyə başladı. Taspar xaqan Çinlə yaxşı münasibətlər qurmağı bacarmadı və Göytürk Xaqanlığı zəifləməyə başladı. Taspar xaqan ona tabe olan dövlətin şərq qolunu da iki hissəyə ayıraraq, ona tabe olmaq şərti ilə qardaşı Kolonun oğlu İşbaranı şərqə, kiçik qardaşı Jotanı isə qərbə hakim təyin etdi.
Taspar xaqanla Çin arasındakı anlaşmazlıqlar hər iki dövlətin daxili işlərinə ciddi təsir göstərdi. Çində Suy sülaləsi fürsətdən istifadə edərək, hakimiyyəti ələ keçirdi. Bundan sonra Çində birlik yarandı.

581-ci ildə Taspar xaqan öldü. Onun ölümündən sonra kimin xaqan olması uğrunda Göytürk vətəndaş müharibəsi başladı. Taspar xaqan ölümündən əvvəl hakimiyyəti Muğan xaqanın oğlu Apaya vəsiyyət etsə də, qurultay Apanın hüququ olmadığına görə, Taspar xaqanın oğlu Amrakı yeni xaqan seçdi. Buna baxmayaraq, elə həmin il Amrak xaqan İşbara xaqanın lehinə hakimiyyətdən əl çəkdi...
(Ardı var)

BECAN.AZ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:48

Müharibə veteranlarının təqaüdləri artırılacaqmı? - AÇIQLAMA

16:56

Kərə yağının aybaay bahalaşmasının səbəbləri - Araşdırma

16:48

Silahlar Ermənistana açıq daşınır: məxfilik yoxdur - Manukyan

16:29

Çakraborti müsəlmanları təhqirə görə üzr tələbini rədd etdi

16:22

İlham Əliyev avropalılara: "Əgər biz cəngəllikik, bizdən uzaq durun"

16:06

Azərbaycanda özəl olaraq yük aeroportu tikilir

11:18

Azərbaycan paytaxtında yüksək ümidlər və böyük gözləntilərlə COP29 başladı

15:41

Azərbaycan Xalqı Türkiyə Prezidentindən təbrik aldı

12:29

Bayraq Meydanında üçrəngli Azərbaycan bayrağı yenidən qaldırılıb

12:23

İnternet üzərindən narkotik maddə satan 150 nəfər saxlanılıb

12:02

Azad olunmuş ərazilərə 8,6 milyard ABŞ dolları investisiya qoyulacaq

11:57

Pakistanda dəhşətli partlayış: 24 ölü, 30 yaralı

11:52

Türkiyə XİN Azərbaycanın Bayraq Günü ilə bağlı paylaşım edib

11:47

İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

11:40

Yol polisi sürücülərə müraciət etdi

18:20

Trampın Azərbaycan açıqlaması İrəvanı qarışdırdı

18:15

Trampın seçilməsinə İrandan ilk reaksiya

18:11

Azərbaycan Prezidenti ABŞ-ın yeni prezidentini təbrik edib

18:06

Gənc jurnalist vəfat edib

11:11

Ermənilər üçün göz yaşı tökən Pelosi yenidən seçilir

11:05

Ərdoğanla Əliyevin görüşü olub

11:44

Çakraborti müsəlmanları doğramaqla hədələdi...

11:33

Rusiyada həbs edilən generalla bağlı yeni detallar - VİDEO

11:26

General işdən azad olundu, yerinə polkovnik gətirildi

10:57

DYP-dən sürücülərə müraciət

10:50

Ağsuda yeznəsini qayçı ilə vuran şəxs saxlanılıb

10:43

Yeni telekanal fəaliyyətə başlayır

10:34

İlham Əliyev və xanımı Bakı Olimpiya Stadionunda şəraitlə tanış olub

10:30

Ermənilər “ən güclü silah”ını itirir

21:46

M.Ə.Rəsulzadənin "Panturanizm haqqında" kitabı yayınlanıb

16:56

Narkotika istifadəçisi olan avtobus sürücüsü həbs edildi

15:59

Məsuliyyətə cəlb edilən polkovnik, görün, kimin oğludur?

13:06

Zaqatalada iki nəfər dəm qazından zəhərləndi

13:02

Amerikalı reper Ermənistanı aldadıb - 6 milyon dollar

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO