Nərimanov Tibb Mərkəzində ailə biznesi - TƏBİB rəhbərliyi qanunsuzluqlara niyə göz yumur?

17:08 22.06.2023 2 279
Nərimanov Tibb Mərkəzində ailə biznesi - TƏBİB rəhbərliyi qanunsuzluqlara niyə göz yumur?

İki il əvvəl Bakıda 11 tibb mərkəzi yaradılanda çoxları bunu islahat kimi təqdim edir, səhiyyə xidmətinin keyfiyyətinin yüksələcəyini düşünürdü. Lakin bu tibb mərkəzlərindən daxil olan məlumatlar təəssüf ki, bunun əksini göstərir.

Bu yazıda onlardan birindən - Nərimanov Tibb Mərkəzindən bəhs edəcəyik.

Qeyd edək ki, Mərkəz 2021-ci ilin iyununda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 5 nömrəli Şəhər Klinik Xəstəxanası, 7 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, 8 nömrəli Şəhər Poliklinikası, 18 nömrəli Şəhər Poliklinikası və 6 nömrəli Uşaq Poliklinikası birləşdirilərək yaradılıb. Yaradıldığı vaxtdan bura direktor vəzifəsinə Fazil Alməmmədov təyin edilib. Onu da qeyd edək ki, cənab Alməmmədov bu təyinata qədər 5 saylı şəhər xəstəxanasının direktoru idi.

Son məlumatlara görə, yeni yaradılan Şuşa Modul Tipli Xəstəxana da məhz Nərimanov Tibb Mərkəzinə tapşırılıb. Daha dəqiqi, Fazil Alməmmədovun kuratorluğuna verilib.


Bakupost.az-ın əldə etdiyi məlumata görə, direktor Nərimanov Tibb Mərkəzini tam bir "Alməmmədovlar qalası"na çevirib. Belə ki, onun yaxın və uzaq ailə üzvləri burada müxtəlif işlərlə təmin edilib.

Beləliklə, Fazil Alməmmədovun Nərimanov Tibb Mərkəzində çalışan ailə üzvləri və qohumlarının sihahısını təqdim edirik:

1.Alməmmədova Elvira Firuz qızı - Kadrlar şöbəsində işçi - Direktorun qardaşı qızıdır;

2.Alməmmədova Elviranın əri Ramal Nərimanov Tibb Mərkəzinin anbarında çalışır. Maraqlısı budur ki, Ramal pandemiya dövründə yol verdiyi yeyinti məsələsinə görə işdən azad edilib, məhkəmə işi olub;

3.Alməmmədova Rufanə Laçın qızı - laboratoriyada çalışır, əvvəllər manikür ustası kimi çalışıb. Direktorun bacısı qızıdır;

4.Alməmmədova Təranə Çoban qızı - yanıq şöbəsində tibb bacısıdır;

5.Alməmmədov Laçın - Şuşa Modul xəstəxanasında sürücü - Direktorun bacısının həyat yoldaşıdır;

6.Alməmmədova Uluzanə Davud qızı -Yanıq şöbəsində qeydiyyatçı - Direktorun əmisi nəvəsidir;

7.Alməmmədov Nurlan Fərrux oğlu - Şuşa modul xəstəxanada stamatoloq - Direktorun qardaşı oğludur.


Qeyd edək ki, siyahı bununla bitmir. Hətta tibb bacısı üzrə təhsili və diplomu olmayan qohumlar da belə ciddi qurumda işə "düzəlib".


Ən qəribəsi isə odur ki, Tibb İşçiləri Günündə Səhiyyə nazirinin təltif etdiyi bir qrup tibb işçisi arasında cəmi 1 ildir təcili tibbi yardımda çalışan Laçın Alməmmədov də var. Onun cəmi 1 il fəaliyyət göstərdikdən sonra nazir səviyyəsində mükafatlandırılması Nərimanov Tibb Mərkəzinin personalının ciddi narazılığına səbəb olub. Çünki müharibə dövründə və ondan sonra Şuşaya ezam olunan, on illərlə həkim, tibb bacısı, sürücü kimi çalışanlar var ki, onların adları mükafatladırılanların siyahısına salınmayıb.

Beləliklə, Nərimanov Tibb Mərkəzinə rəhbər təyin olunduqdan sonra Fazil Alməmmədovun səlahiyyətləri daha da artıb və o, bundan sui-istifadə edərək, özünə oliqarxsayağı, dəbdəbəli həyat şəraiti yaradıb.


Belə ki, son 1 ildə Fazil Alməmmədov avtomobilini dəyişib, son model, 180 minlik yeni xarici maşın alıb. Maşının seriyası nömrəsini isə adına uyğun (FZ) götürüb. Avtomobilin yalnız “zerkalnı” nömrəsinin (10FZ100) qiyməti 10 min manatdan bahadır.

Bundan başqa, Fazil Alməmmədovun bu yaxında anasının adına 380 minlik mənzil aldığı da deyilir. Belə ki, 15 mart 2023-cü ildə anasının adına aldığı, Tibb Universiteti yaxınlığında, Nəsib bəy Yusifbəyli küçəsində yerləşən mənzildə hazırda özü yaşayır.

Nərimanov Tibb Mərkəzinin direktorunun Xətai rayonunda anasının adına avtoyuma və avtoservis məntəsəi açdığı da bildirilir. Direktorun digər obyekti isə öz adına açdığı meyvə anbarıdır.

Qeyd olunan faktlarla bağlı Nərimanov Tibb Mərkəzinin direktoru ilə əlaqə saxlayıb, mövqeyini öyrənmək istədik.

Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Aygün Qulamqızı saytımızı məhkəmə ilə təhdid edərək bildirdi:

"Bu məlumatları haradan alırsınız? Bütün saytları məhkəməyə verəcəyik. Mərkəzin hüquqşünası araşdırır".

Məsələ ilə bağlı Nərimanov Tibb Mərkəzinin mövqeyini işıqlandırmağa hazırıq.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO