Baş Prokurorluq Yanında Korupsiya Qarşı Mübarizə baş İdarəsi tərəfindən Cəlilabadda daha bir məmur saxlanıb. News24.az-ın verdiyi məlumata görə, sözügedən şəxs Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xudaverdiyev Qalib Firudin oğludur.Qalib Xudaverdiyev 2021-ci il dekabrın 3-də Cəlilabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunub. O, müavin vəzifəsindən öncə Əmlak Məsələləri Dövlət Komitəsinin Reyestr Xidmətində (Cəlilabad) çalışıb.
Qeyd edək ki, iyulun 31-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cəlilabad rayonunda aparılan əməliyyat zamanı bir neçə məmur saxlanılıb. Saxlanılanların Cəlilabad rayon Bələdiyyələri Əlaqələndirmə Şurasının və Cəlilabad şəhər bələdiyyəsinin sədri Mehdi Kərimov, Cəlilabad Rayon İcra Hakimiyyətinin baş memarı Sahil Qənbərli və Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Səttar Heydərov olduğu bildirilir.