Hakim ölüb, yoxsa öldürülüb?.. - TƏZADLAR

18:25 29.08.2023 2 464
Hakim ölüb, yoxsa öldürülüb?.. - TƏZADLAR

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov intihar etməsinin səbəbləri barədə bir-birini təkzib edən xəbərlər yayılır. Hətta, onun öldürülə biləcəyi ehtimalı da irəli sürülür.

Bakupost.az hakimin intiharına ailə münaqişəsinin səbəb olduğu haqda xəbər yayıb. Sayt yazır ki, həyat yoldaşı ilə boşanma ərəfəsində olan Rahib Salmanovun bu səbəbdən özünü öldürdüyü deyilir. Ailənin dağılmasını istəməyən hakim özünə qəsd edəcəyi ilə bağlı xəbərdarlıq edib. Hətta, onun bundan əvvəl də intihara cəhd etdiyi bildirilir. Rahib Salmanovun xəstəxanaya getməsinin səbəbinə gəlincə, məlum olub ki, o ürək-qan damar sistemi xəstəliyindən əziyyət çəkirmiş.

Hakimin yaxın çevrəsindən Musavat.com-a bildiriblər ki, Rahib Salmanov ailə münaqişəsi səviyyəsində intihar edəcək adam olmayıb:

“Ailəsi ilə bağlı qərar uzun illər əvvəl verilmişdi, hazırda heç bir problem yox idi”.

“Rahib Salmanov ötən gün işdə olub, xəstaxanaya da elə işdən gedib”.

Bu sözləri isə Globalinfo.az-a intihar etdiyi deyilən hakim Rahib Salmanovun tələbə yoldaşı, 35 illik dostu, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rəhbəri Arzuxan Əlizadə deyib. O, dostu ilə hadisədən 20 dəqiqə əvvəl danışdığını bildirib:

“Dedi ki, 4-5 gün xəstəxana şəraitində müalicə almalıdır, amma qorxulu heç nə yoxdur. Bu, intihar edən adamın danışığı deyildi. Hansısa ağır xəstəliyi də yox idi. Ürəyində bir balaca narahatlıq var idi, lakin müalicə ilə sağalacaqdı. Ola bilərdi ki, nə vaxtsa stend qoyulsun. Düşməni də yox idi. Ehtimal edirəm ki, halı pisləşib, eyvandan yıxılıb. İstənilən halda, istintaq araşdırması gedir, görək nəticəsi necə olacaq”.

Arzuxan Əlizadə hakimin dəfn olunacağı yerlə bağlı deyib:

“Çox güman ki, “Təzə pir” məscidindən götürüləcək. Valideynləri və qardaşı Sulutəpə qəbiristanlığında dəfn olunublar deyə, Rahibi də orada dəfn edəcəklər”.

Qeyd edək ki, ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Vaqif oğlu Salmanovun müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq həyatına son qoyduğu bildirilib. Rahib Salmanov 1963-cü ildə anadan olub. O, 2013-cü ildən Bakı Ağır Cinayətlər Məhkəməsində çalışırdı.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

12:06

Ərdoğan Əliyevi şəxsən dəvət edib

11:03

Bakıda kafedə kütləvi dava: ölən var

19:23

Batan gəmidəki azərbaycanlılar xilas edilib

19:11

Hava hücumuna görə Moskvada 4 aeroport bağlandı

13:37

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu ciddi mühafizə olunur

13:23

Üç türk respublikaları prezidentlərinin qızları bir arada

13:13

Dövlət Neft Fondunun aktivləri 74 milyard dolları keçib

12:27

Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı

13:54

Türkiyədə Azərbaycan kampaniyası bu faktı üzə çıxartdı

13:48

TƏBİB-in nazirliyə verilməsi nəyi dəyişəcək? - Yeni dövr başlayır

13:35

Bölgələrdə yağış yağacaq, dolu düşəcək

12:35

Farslar təhqir, “Traktor” imtina etdi

12:25

Fransada polis vəziyyətə nəzarəti itirdi

12:13

Direktorun maşınını yandıran daha bir nəfər saxlanıldı - VİDEO

12:01

Səhiyyə naziri işdən çıxarıldı, Baş nazirin müavini təyin edildi

11:56

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi

11:45

Yeni səhiyyə naziri təyin edildi

14:20

"Sağlam düşüncə və qardaşlıq hüququ qorunmalıdır" - Fuad Oktay

13:56

Ağsu sakini Məşğulluq idarəsinin müdirindən Prezidentə şikayət etdi - VİDEOMÜRACİƏT

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}